Dövlətin imkanları hesabına fermerlərə maliyyə yardımı göstərilir
Tarix: 01.06.2016 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişini, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərini, həmçinin aqrar sektorun inkişaf perspektivlərini öyrənmək və operativ tədbirlər görmək məqsədilə yaradılan işçi qrupunun üzvləri iyunun 1-də Ağdaş rayonunda olublar. İşçi qrupunun rəhbəri, Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi əvvəlcə Abad, Ağzıbir və Pirəzə kəndlərində pambıqçılıq və baramaçılıqla məşğul olan kəndli fermer təsərrüfatlarına, taxıl əkini sahələrinə baxış keçirib, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.Sonra Ağdaş Rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Ağdaşda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda işlərin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, kənd təsərrüfatının perspektivlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayonda pambıqçılıq və baramaçılığın dirçəldilməsi istiqamətində tədbirlər görülüb. Bu il 1154 hektar sahədə pambıq əkilib. Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş ipəkqurdu toxumları gətirilərək yerli kümçülərə paylanılıb. Bir neçə gündən sonra barama tədarükünə başlanılacaq. Taxıl biçini kampaniyasının gedişi barədə məlumat verən icra hakimiyyətinin başçısı deyib ki, indiyədək 200 hektar sahədə arpa biçilib. Hər hektarda məhsuldarlıq 27-29 sentnerdir. Biçinə 45 kombayn və digər kənd təsərrüfatı texnikaları cəlb edilib.Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Bildirilib ki, Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin olunmasını, bu məqsədlə aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsulları istehsalçılarına, fermerlərə lazımi şərait yaradılmasını, onlara dövlət dəstəyinin artırılmasını mühüm vəzifə kimi qarşıya qoyub. Hazırda dövlət və hökumət orqanları dövlətimizin başçısının müvafiq tapşırıqlarının icrası, mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Bu müşavirə də yerlərdə aqrar sektorun perspektivlərini bilavasitə fermerlərin, mütəxəssislərin, müvafiq təşkilatların nümayəndələrinin iştirakı ilə araşdırmaq, hədəfləri müəyyənləşdirmək məqsədi daşıyır.Ağdaş rayonunun ölkənin kənd təsərrüfatı sahəsində özünəməxsus ənənələrə malik bölgələrdən biri olduğunu vurğulayan Azər Əmiraslanov deyib: “1981-ci ildə Ağdaşda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı və bu, rayonun pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçdi. Bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Ötən illə müqayisədə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Eyni sözləri baramaçılıq haqqında da demək olar. Əminliklə bildirilib ki, dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və əhalinin müvafiq təcrübə və təsərrüfat vərdişləri hər iki sahənin sürətli inkişafını təmin edəcək.Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün dövlətin imkanları hesabına fermerlərə maliyyə yardımı göstərilir, subsidiyalar verilir. “Aqrolizinq” ASC yaradılıb, fermerlər texnikanı lizinq yolu ilə alırlar, gübrə ilə təminat yaxşılaşdırılır. Çalışmaq lazımdır ki, fermerlərə ayrılan hər bir subsidiya ünvanlı olsun, ondan səmərəli istifadə edilsin. Məhsul istehsalçılarının maliyyə yardımlarından və subsidiyalardan yetərincə yararlanması üçün hazırda müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə də konkret addımlar atılır, qərarlar qəbul edilir.Müşavirədə torpaqlardan səmərəli istifadənin vacibliyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi torpaq fondunun 55 faizini təşkil edir. Torpaqlardan təyinatı üzrə istifadə olunması həllini gözləyən vacib məsələlərdəndir. Bu sahədə fermerlərin də üzərinə müəyyən vəzifələr düşür. Təsərrüfat işləri zamanı aqrotexniki qaydalara əməl olunmalı, torpaqlardan istifadə ilə bağlı ümumi şərtlər gözlənilməlidir.Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması, kənd təsərrüfatı texnikalarının alınması, toxum və gübrə ilə təminat və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.Müşavirədə iştirak edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin böyük məsləhətçisi Ruslan Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müzakirəyə çıxarılan məsələlərlə bağlı fikirlərini bildirib, fermerlərin və sahibkarların suallarını cavablandırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info