“Britaniyanın AB-dən çıxması qlobal iqtisadiyyat üçün böyük təhdiddir”
Tarix: 02.06.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Ketrin Mann: “Bu, iqtisadi artımı saxlayacaq, ümumi qeyri-müəyyənliyi gücləndirəcək və investisiyanı tormozladacaq”

Britaniyanın Avropa Birliyindən çıxması məsələsi bu gün qlobal miqyasda dartışılır və bununla bağlı müxtəlif beyin mərkzələri həyəcan siqnalı çalmaqdadır. Məlum olduğu kimi, bu ayın 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Avropa Birliyində qalıb-qalmamaqla bağlı referendum keçiriləcək. Bəzi ekspertlər müxtəlif beyin mərkəzlərinin bu referendumla və Britaniyanın AB-də qalıb-qalmaması ilə bağlı açıqlamalarını, xəbərdarlıqlarını, həm də Britaniya seçicilərinin referendumdakı seçimlərinə təsir jestləri kimi qəbul edirlər.
Hər halda, görünən odur ki, əsas beyin mərkəzləri Brekzitin - Britaniyanın AB-dən çıxmasının nəinki, Britaniya, eləcə də Avropa və dünya ölkələri üçün risklər yaradacağını bildirməkdədirlər.
Məsələn, bildirilir ki, Britaniyanın AB-dən çıxması qlobal iqtisadiyyat üçün böyük təhdid olduğu kimi, Çində də “sərt bir enişə” səbəb ola bilər. Böyük Britaniyanın “The Guardian” media qurumu yazır ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından bildirilib. Mərkəzi Parisdə yerləşən adıçəkilən “thinktank” mərkəzi bildirib ki, Britaniyanın AB-dən çıxması, təkcə Birləşmiş Krallıq və Avropa üçün yox, həm də bütün dünyanın rahatlığı üçün böyük qiymətə başa gələ bilər.
Təşkilatın baş iqtisadçısı Ketrin Mann deyir ki, Brekzitlə bağlı referendumun səbəb olduğu tərəddüd, qlobal iqtisadiyyatın “ləng artım” tələsinə düşdüyü bir vaxta tuş gəlib: “Bu cür tondan tona düşmə digər ölkələr üçün də mühüm rol oynaya bilər”. O, proqnoz verib ki, dünya iqtisadiyyatı 2016-cı ildə 3 faiz, 2017-ci ildə isə 3,3 faizə qədər arta bilər: “Biz Çin iqtisadiyyatında “sərt eniş”in nə ola biləcəyi ilə bağlı çoxlu araşdırma işləri görmüşük, bu, əslində, Brekzitlə eyni effektə malikdir”.
Adıçəkilən beyin mərkəzinin təhlillərinə görə, əgər Brekzit baş verərsə, 2018-ci ildə Birləşmiş Krallığın iqtisadiyyatı, ölkənin AB-də qalacağı halda nail olacağı iqtisadiyyatdan 1,5 faiz kiçik ola bilər. Bütün bunlar isə iyunun 23-də Britaniyanın AB-də qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələrindən asılıdır: “Amma digər ölkələr də əlamətdar aqibətlə üzləşə bilərlər. Özünün qapalı ticarət və maliyyə bağlarına görə, İrlandiya iqtisadiyyatı da 1,25 faiz kiçilə bilər. Avrozona iqtisadiyyatı isə 1 faiz kiçiləcək. 34 zəngin ölkənin qrupu olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri isə 0,5 faiz iqtisadi geriləmə ilə üzləşəcəklər. Qarşıdan gələn Brekzitlə bağlı referendum isə artıq tərəddüd və qeyri-müəyyənlik formalaşdırıb və AB-dən çıxma, Avropada və digər yerlərdə, mahiyyətcə, artımı azaldacaq”.
Təşkilatın ekspertləri onu da qeyd edirlər ki, Brekzit riski ölkədə və qitədə artıma təhlükə törədir: “Referendumun nəticələri iqtisadiyyat üçün böyük riskdir. AB-dən çıxmağa səsvermə isə ümumi qeyri-müəyyənliyi və qeyri-əminlikləri gücləndirəcək, maliyyə qiymətlərini artıracaq və investisiyanı tormozladacaq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info