“Çinlə Rusiya arasındakı koordinasiya dünyada sabitlik üçün mühüm faktordur”
Tarix: 02.06.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Çin və Rusiya diplomatiyası bir-biri üçün prioritetdir və iki ölkə arasında tərəfdaşlıq yüksək səviyyədə inkişaf edir”.
Bu fikirləri Çin Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Xua Çunin ötən gün keçirilən brifinqdə bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Putinin bu ilin iyununa planlaşdırılan Çin səfərinin iki ölkə arasında strateji tərəfdaşlığa güclü təkan verəcəyinə əmin olduğunu bildirib. Qarşı tərəfin fikirləri ilə həmrəylik nümayiş etdirən Lavrov iki ölkə arasında beynəlxalq münasibətlərdə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini bəyan edib. Çin səlahiyyətlisinin sözlərinə görə beynəlxalq münasibətlərdə Çinlə Rusiya arasındakı koordinasiya dünyada sülh və sabitlik üçün mühüm və konstruktiv faktor olmaqdadır: “Çin dövləti ilə Rusiya arasında hərtərəfli tərəfdaşlıq və əlaqələndirmə yüksək səviyyədə inkişaf edir. Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri zamanı iki dövlət rəhbəri ikitərəfli münasibətlər, eləcə də qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi apacaqlar. Hər iki tərəf bundan bir müddət əvvəl əldə edilmiş konsensusu həyata keçirməyə davam edəcəklər”. Qeyd edək ki, son zamanlar neftin qiymətindəki enmələr iki ölkə arasındakı münasibətlərdə müəyyən çətinliklərə gətirib çıxarıb. Bunu etiraf etmək məcburiyyətində qalan Rusiya Çin İnstitutunun direktoru Fen Yuyszın fikrincə, enerji resurslarının qiymətinin aşağı düşməsi iki ölkə arasında münasibətlərə müəyyən çətinliklər gətirə bilər. Çinin əsas biznes investisiyalarının enerji sektoruna aid olduğunu bildirən ekspertə görə, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda, investisiyaların geri qayıtma vaxtı sual altında qalır. Amma Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsinin təkcə enerji sahəsi ilə məhdudlaşmadığını bildirən ekspert, iki ölkə arasında ümumi dövriyyə strukturunun daha fərqli olmağa başladığını da etiraf edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif
16.06.2019
Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info