Bakıdakı hotellərin qiyməti Tbilisidəkilərdən aşağıdır
Tarix: 02.06.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Booking.com” onlayn bronlaşdırma platforması üzərindən aparılan müqayisəli təhlillər Bakıda fəaliyyət göstərən mehmanxanaların orta qiymətlərinin Tbilisi şəhərindəki mehmanxanaların təqdim etdiyi orta qiymətlərdən təhlilin aparıldığı aylar üzrə daha aşağı olduğunu
göstərib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən araşdırmada hər iki şəhərdə fəaliyyət göstərən 2-5 ulduz kateqoriyalı mehmanxanaların 2016-cı ilin may, iyun, iyul və avqust aylarında təsadüfi olaraq seçilmiş tarixlər üzrə təqdim etdiyi 2 nəfərlik standart otaqlarda 3 gecəlik orta qiymətlər müqayisə edilib. Qeyd edilən bütün aylar ərzində 2, 4 və 5 ulduzlu mehmanxanalar üzrə Bakı şəhərində təqdim edilən otaq qiymətləri, Tbilisi şəhərindəki qiymətlərdən daha aşağı olub.
Müqayisə üçün bildirək ki, cari ilin iyun ayında Bakı şəhərindəki 2 ulduzlu mehmanxanalarda 2 nəfərlik standart otaq qiymətləri 70-90 ABŞ dolları (3 gecə üçün) arasında dəyişdiyi halda, bu göstəricilər üzrə Tbilisi şəhərindəki qiymətlər 95-245 ABŞ dolları arasında dəyişir.
Digər tərəfdən, cari ilin may ayı ərzində Bakı şəhərində 4 ulduzlu mehmanxanalarda təqdim edilən qiymət intervalı 64-401 dollar (3 gecə üçün), 5 ulduzlu mehmanxanalarda isə 191-926 dollar (3 gecə üçün) arasında göstərilir. Tbilisi şəhərində isə bu qiymətlər intervalı 4 ulduzlu mehmanxanalar üçün 218-728 dollar, 5 ulduzlu mehmanxanalar üçün isə 752-1253 dollar təşkil edir.
Qeyd edilən 4 ay üzrə yerləşdirmə tarixlərini, qonaqların qalma müddətini və sayını, eləcə də otaq növünü dəyişdirdikdə, analoji vəziyyət müşahidə edilib və Bakı şəhərindəki 2, 4 və 5 ulduzlu mehmanxanalarda təqdim edilən qiymətlər Tbilisi şəhərində təqdim edilən qiymətlərdən daha aşağı olub.
Ümumiyyətlə, araşdırma nəticəsində əldə edilən müqayisəli göstəricilər Bakı şəhərindəki mehmanxanalar üzrə təqdim edilən qiymətlərin Tbilisi şəhərində təqdim olunan qiymətlərdən 2 ulduz kateqoriyası üzrə ortalama 35%, 4 ulduz kateqoriyası üzrə 44%, 5 ulduz kateqoriyası üzrə isə 59% daha aşağı olduğunu göstərib.
Qeyd edək ki, Bakı şəhəri üzrə təhlildə qeyd edilən mehmanxanaların ulduz kateqoriyaları "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" Azərbaycan Dövlət Standartına uyğun deyil, booking.com onlayn bronlaşdırma platformasının təqdim etdiyi ulduz kateqoriyasına əsasən müəyyən edilib.
Booking.com onlayn bronlaşdırma platforması üzərindən aparılan əməliyyatların intensiv olduğu üçün yuxarıda qeyd edilən qiymətlər 27.05.2016-cı il tarixinədək keçərlidir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info