Turizm obyektlərində təhlükəsizlik necə təmin olunmalıdır?
Tarix: 02.06.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Elmar Nurəliyev: “İstirahət məkanlarının sahibləri turistlərin təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyırlar”

Azərbaycanda turizm mövsümü başlamaq üzrədir. Lakin maraqlıdır ki, turizm obyektlərində təhlükəsizlik lazımi qaydada təmin ediləcəkmi? Çünki turizm sahəsində ən əhəmiyyətli məsələ turistlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Mühafizə xidməti üzrə ekspert Elmar Nurəliyev bizimlə söhbətində Azərbaycanda turistlərin təhlükəsizliyinin qorunması ilə bağlı aparılması vacib olan önləyici tədbirlərdən danışdı: “Turizmin Azərbaycanda günü-gündən inkişaf etdiyi bir vaxtda istirahət məkanlarına, hotellərdə, sanatoriyalarda və s. bu kimi iaşə obyektlərində təhlükəsizlik məsələsi həmişə gündəmdə olub. İstirahət məkanlarının sahibləri gələn yerli qonaqların, o cümlədən xarici turistlərin təhlükəsizliyinin təmin edilməsinə,xoşagəlməz halların baş verməməsinə cavabdehlik daşıyırlar. Əgər ora gələn turist bilsə ki, istirahət etdiyi məkanda təhlükəsizlik aşağı səviyyədədir, böyük əksəriyyət həmin yerdə istirahət etməkdən imtina edər. Ona görə bu, çox əhəmiyyət kəsb edən məsələdir.Ümumiyyətlə, istirahət məkanlarında, hotellərdə təhlükəsizlik işi ancaq qapıda dayanıb içəri girənləri yoxlamaqla olmur. Burada əsas həm obyektin ümumi mühafizəsi, həm texniki təhlükəsizlik qaydaları, həm də yanğından mühafizə qaydalarına, videonəzarət vasitələri ilə müşahidə aparmaqla mühafizə təşkil edilir”.

Turizm sahəsində peşəkar
kadrlar tapmaq niyə çətindir?

Onun sözlərinə görə önləyici tədbir kimi, obyektin giriş-çıxışı daim nəzarətdə olmalıdır: “Həmçinin yeraltı və yerüstü dayanacaqda saxlanılan maşınlar yoxlanılmalı, obyektin ərazisində (hasar boyu) işıqlanma olmalı və mühafizəni təşkil edən mühafizəçi ayıq-sayıq xidmət aparmalıdır. Burada işin düzgün təşkil edilməsindən çox şey asılıdır. Unutmayaq ki, təhlükəsizlik qaydalarının, demək olar ki, böyük əksəriyyəti olmuş hadisələrin üzərində tətbiq olunub.Məsələn, bir yerdə karuseldən biri yıxılıb hər hansı xəsarət alıb.Ondan sonra təhlükəsizlik kəməri bağlamadan minmək qadağan olunub,yaxud dənizdə qayıq və ya kater gəzintisində qoruyucu jiletsiz minmək qadağan olunub. Ona görə bu qaydalara əməl etmək mütləqdir”.
“Dünya praktikasından bu sahədə Azərbaycanda nəyi tətbiq etmək olar” sualını isə Elmar Nurəliyev belə cavablandırdı: “Dünya praktikası ilə müəyyən qədər müqayisə edəndə burada obyektiv və subyektiv səbəblər var. Bizdə turizm sahəsində peşəkar kadrlar, demək olar ki, azdır. Bunun da səbəbi turizmin tətil hotellərinin, istirahət məkanlarının, əsasən yayın 3 ayında işləməsidir. Yəni orada işləyən işçilər bura daimi iş yeri kimi baxmırlar.Mövsümi işləyib, sonra gedib başqa iş axtarırlar. Ona görə peşəkar kadrları tapmaq çətindir.
Gürcüstan və Türkiyədə bu yanaşma, demək olar ki, fərqlidir. Gələn turistin razı qalması və təkrar gəlməsi üçün xidmət göstərirlər.Hətta bir çox məkanlarında turistlərin təklif və iradlarını dinləyirlər. Avropada isə hoteldə mühafizəçini, demək olar ki, görmək, ərazidə gəzmək, az-az hallarda olur. Xidməti nəzarət, əsasən müşahidə kameraları, videonəzarət və elektron vasitələrlə həyata keçirilir”.

“Mühafizəçilər hərtərəfli
hazır olmalıdırlar”

Həmsöhbətimiz Azərbaycanda turizm obyektlərində təhlükəsizliklə bağlı çatışmazlıqlar və bunların aradan qaldırılması yolları haqqında da danışdı: “Avropada əsas istirahət məkanları işlədikləri illər ərzində özlərinə öz strategiyalarına uyğun imic yaradıb. Onlarda əsas məqsəd budur. Ona görə ora gələn turistlər bilirlər burada nə etmək olar, nə olmaz. Hətta turizm şirkətləri belə, müştərilərə həmin istirahət məkanının imicinə uyğun istiqamət verirlər. İstirahət məkanının personalı da bilir ki, məsələn, bura ailəvi bir yerdir, uşaqlar daha çox olur və hansı təhlükəsizlik tədbirləri görülməlidir, yaxud bura daha çox xarici turistlərin gəldiyi yerdir və hansı neqativ hallar baş verə bilər. Bu da turistlərin, gələn qonaqların xarizmasına uyğun olduğu üçün neqativ halların azalmasına gətirib çıxarır.Ona görə istirahət və tətil hotellərində daha çox elektron və videonəzarət vasitəsi ilə mühafizənin aparılması məqsədəuyğundur.
Bizdə də bu cür vasitələrdən istifadə edilsə, mühafizə daha etibarlı təmin olunar. Turizm sahəsində, hotel və yaxud istirahət məkanlarında işləyən mühafizəçilər həm iş təcrübəsi, həm həyat təcrübəsi, həm psixoloji, həm də intellektual cəhətdən hazır biri olmalıdır. Yoxsa istirahətə gələn vəzifəli birinə "Qaqaş orada dayanma, burada dayan” deyib, həm özünə, həm də istirahət məkanının imicinə ziyan gətirir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info