“Portu” və “Braqa”nın sabiq məşqçisi “Şaxtyor”da
Tarix: 02.06.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Donetskin “Şaxtyor” komandasının yeni baş məşqçisi 43 yaşlı portuqaliyalı Paulu Fonseka oldu. Ukraynanın “Segodnya.ua” internet qəzeti xəbər verir ki, saziş iki il müddətinə bağlanılıb.
P.Fonseka “Şaxtyor”un tarixində 32-ci məşqçi olacaq. O, Ukraynaya gələndə Rinat Axmetovla görüşüb. “Onlar ən yaxın məqsədləri müzakirə ediblər, bu məqsədlər isə olduqca ambisiyalıdır. Klubda P.Fonsekadan yeni qələbələr və mükafatlar gözləyirlər. Rinat Axmetov deyib: “Əminəm ki, bu gənc, iddialı və yüksək ixtisaslı mütəxəssis azarkeşlərin komanda ilə qürur duymaları üçün əlindən gələni edəcək. Pauluya “Şaxtyor”, “Şaxtyor”a isə Paulu lazımdır”. P.Fonseka deyib: “Şaxtyor” kimi klubun bir hissəsi olmağıma görə özümü xoşbəxt sanıram. Bu cür klubda işləmək istənilən məşqçi üçün ən böyük imtiyazdır. Azarkeşlərə demək istəyirəm ki, biz uzun illər boyu “Şaxtyor”da aparılmış işi davam etdirəcəyik. Biz çox iddialıyıq və bu iddiamızı gözəl və keyfiyyətli futbola yatıracağıq”. P.Fonseka 1973-cü il martın 5-də Mozambikin Maputu şəhərində doğulub. Məşqçi kimi Portuqaliya Superkubokunu (2013, “Portu”) və Portuqaliya Kubokunu (2016, “Braqa”) qazanıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info