Yeniyetmələr üçün seans
Tarix: 02.06.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" turnirinin iştirakçıları Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçiblər.
Görüşdə həmyerlimiz Şəhriyar Məmmədyarov, çinli dünya çempionu Hou Yifan, rusiyalı Sergey Karyakin, Hollandiyanı təmsil edin Aniş Giri və italiyalı Fabiano Karuana iştirak ediblər. Yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıblar. Yalnız Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb. Onu da qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. İyun ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə də 5 Azərbaycan qrossmeysteri yer alıb. Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. Qrossmeysterimizin ötən ayla müqayisədə mövqeyi dəyişməyib və 18-ci pillədəki yerini qoruyub. Buna baxmayaraq, o, 2 reytinq xalı itirib - 2746. Teymur Rəcəbov (2726) geriləməkdə davam edir. O, daha 3 rəqibini özündən irəli buraxaraq, 32-ci yerə enib. Yığmamızın digər üzvü Eltac Səfərli (2673) yenə irəliləyib. Ötən ay olduğu kimi, bu dəfə də 14 pillə yüksələn Azərbaycan çempionu 68-ci yerdədi. Milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2657) isə gerilə-geriləyə gedir. Daha 10 pillə aşağı enən qrossmeyster 84-cü yerdədir. Rauf Məmmədov isə irəliləyib. Son siyahıda “100-lüy”ə qayıdan həmyerlimiz hazırda 2655 xalla 98-cidi. Reytinq siyahısının ilk “üçlüy”ündə dəyişiklik olmayıb. Cədvəldə Maqnus Karlsen (Norveç, 2855) yenə birinci olduğu halda, Vladimir Kramnik (Rusiya, 2812) ikinci, Fabiano Karuana (ABŞ, 2804) üçüncüdür. Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub
21.02.2019
Dünya futbol ulduzları Bakıya gələcəklər
21.02.2019
Azərbaycan Gimnastika Federasiyası FIG tərəfindən “Mükafatlandırılan Federasiyalar“ siyahısında birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info