“Beşiktaş”ın prezidenti: “Azərbaycan çox önəmlidir”
Tarix: 02.06.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


İstanbulun “Beşiktaş” klubu ölkəmizə səfər edə bilər. Bu barədə Türkiyə mətbuatına müsahibəsində komandanın prezidenti Fikrət Orman deyib.
O bildirib ki, Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə yatırım etmək fikrindədirlər. Orman bununla həm azarkeş saylarını artıracaqlarını, həm də maddi imkanlarını yaxşılaşdıracaqlarını düşünür. O, azərbaycanlı iş adamı, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov və “Çelsi”nin sahibi Roman Abramoviçlə söhbətdən sonra belə bir qərara gəldiyini vurğulayıb: “Bu yaxınlarda Roman Abramoviç və Mübariz Mənsimovla Londonda söhbət edirdik. Söhbət əsnasında dedim ki, 20-25 milyon azarkeşimiz var, xüsusi fanata sahibik. Abramoviç isə onların 500 milyon azarkeşlərinin olduğunu bildirəndə çox təəccübləndim. Ona “bunu necə bacardınız” sualını verəndə cavabı məni düşündürdü. Təkcə İndoneziyada “Çelsi” azarkeş kredit kartı hazırlamaqla 30 milyon azarkeş qazanıblar”. “Beşiktaş” prezidenti onların da bənzər layihələr həyata keçirə biləcəklərini istisna etməyib. Hətta bunun üçün komandanın müsəlman ölkələrə səfərinin də planlaşdırıldığını deyib: “Dünya klubu olmaq üçün maddi imkanların da yaxşı olmalıdır. İndoneziya, Malayziya, Misir, Bosniya və Herseqovina, Albaniya kimi müsəlman ölkələr bizim hədəf yerlərimiz olmalıdır. Çin böyük bazardır və orda milyonlarla türk yaşayır. Həmçinin İranda da milyonlarla türk var. Bu baxımdan Azərbaycan çox önəmlidir. “Beşiktaş” sevgisini bu ölkələrə daşımaq üçün layihələr hazırlayacağıq. Bəlkə, həmin ölkələrdə oyunlar, təlim-məşq toplanışları keçirdik, turnirlər təşkil etdik”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info