Bakı, Paris və Rio-de-Janeyro bu ilin ən populyar üç idman şəhəridir
Tarix: 02.06.2016 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


“Bu il Azərbaycana səyahət etmək istəyən rusiyalı turistlərin sayı ötən ilə nisbətən 90 faiz artıb”
Bu ilin ən populyar üç idman şəhəri Bakı, Paris və Rio-de-Janeyrodur. Dünyanın diqqət mərkəzində olan Azərbaycan paytaxtında keçiriləcək “Formula-1” Avropa Qran-prisini izləmək üçün ölkəmizə 10 mindən artıq turistin gələcəyi gözlənilir.
Bu barədə Rusiyanın “Travel turizm” xidməti məlumat yayıb. Xidmətin apardığı statistikaya əsasən, bu il Azərbaycana səyahət etmək istəyən rusiyalı turistlərin sayı ötən ilə nisbətən 90 faiz artıb. “Travel turizm” bu qənaətə 260 min rusiyalı səyyah arasında apardığı sorğu nəticəsində gəlib. Respondentlərin 90 faizi dincəlmək üçün Bakıya bilet aldıqlarını açıqlayıb. Onların da böyük əksəriyyəti “Formula-1” Avropa Qran-prisini izləyəcək turistlərdir. Dünyanın ən elit yarışlarından olan “Formula-1”in Bakı mərhələsinə üç həftədən də az vaxt qalıb. Odlar Yurdunun paytaxtı qonaqları qəbul etmək üçün ciddi hazırlaşır. Özünəməxsus xüsusiyyətlərə sahib Bakı şəhər halqası elə təşkil olunub ki, yarış zamanı qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar simasını görəcəklər. Bu məşhur yarış 190 ölkədə 500 milyondan artıq azarkeş tərəfindən izlənəcək. Bakıda keçiriləcək yarışlara maraq böyükdür.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info