“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində 30 min yeni iş yaradılacaq“
Tarix: 02.06.2016 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


“Cənub Qaz Dəhlizi” layihəsinin icrası müddətində 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini Azərbaycanda açılacaq. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransındakı çıxışında məlumat verib. O bildirib ki, mayın 17-də Yunanıstanın Saloniki şəhərində təməli qoyulan “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) tikintisi üzrə hazırlıq işlərinin 10 faizi artıq tamamlanıb: “Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin ümumi dəyəri 9,3 milyard, TAP-ın layihə dəyəri isə 6 milyard dollardır”.Nazir əlavə edib ki, TAP ilə Avropaya nəql ediləcək Azərbaycan təbii qazından Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da istifadə edə biləcək. Konsorsium tərəfindən bu ölkələrə interkonnektorun çəkilməsi təklif edilib. TAP Bolqarıstanın təbii qaza olan tələbatının 40 faizini təmin etməyə qadirdir.“TANAP-la Türkiyəyə 6 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP Türkiyənin Rusiya qazından asılılığını aradan qaldırmağa kömək edəcək. O cümlədən TANAP qazı Rusiya qazından daha ucuz başa gələcək”, - deyə nazir qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info