“Bütün vizaların alınması prosesi vahid portal vasitəsilə həyata keçiriləcək” 
Tarix: 02.06.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanına əsasən ölkəmizdə bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək.
Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.
İnam Kərimov deyib: “Son illər Azərbaycanın turizm potensialı, xarici vətəndaşların ölkəmizə marağı artmaqdadır. Bu məqsədlə son illər vizaların sadələşdirilməsi ilə bağlı mühüm tədbirlər görülüb. Lakin bununla belə vizaların verilməsi işinin daha da sadələşdirilməsi zərurəti ortaya çıxıb. Məhz bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərman imzalayıb. Fərmana əsasən bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Yəni, xarici vətəndaşlar, turistlər ölkəmizə səfər etmək istədikdə vahid “ASAN Viza” portalına müraciət edəcəklər, bütün zəruri informasiyalarını, sənədlərini təqdim edəcəklər və vizanı da həmin portal vasitəsilə elektron formada alacaqlar. Heç bir dövlət qurumuna və ya özəl təşkilata müraciət etmədən onlayn qaydada vizanı əldə etmək mümkün olacaq. Vizaların verilməsi prosesi üç gün ərzində həyata keçiriləcək”.
Sədr vurğulayıb ki, Fərmana əsasən Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək. Yalnız bu ölkələrin vətəndaşları bu xidmətdən yararlana biləcəklər. Əlbəttə ki, digər viza alma prosedurları da öz qüvvəsində qalır. Elektron vizaların verilməsi prosesinə ən qısa müddətdə başlanılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info