“ASAN xidmət”in imkanlarından 10 milyon insan istifadə edib
Tarix: 02.06.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


İyunun 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, qabaqcıl idarəçilik və sabitlik” üzrə birinci platformasının “Dövlət islahatları paneli”nin X iclası keçirilir. Tədbirdə panelin fəaliyyət istiqamətləri üzrə Şərq Tərəfdaşlığı ölkələrində görülmüş tədbirlərin nəzərdən keçirilməsi, dövlət idarəetməsi, dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət və məlumatların mühafizəsi, dövlət qulluğu, yerli və regional idarəçilik kimi məsələlər müzakirə edilir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət”in fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan hökuməti bir müddət əvvəl islahatlar kampaniyasına başladı. “ASAN xidmət”in yaradılması da bu məqsədlərə çatmaq istiqamətində atılmış mühüm addımdır. Hazırda 10 milyon insan bu xidmətin imkanlarından istifadə edib. “ASAN” 10 dövlət orqanını əhatə edir. İ.Kərimov “ASAN xidmət”ın vətəndaşlara təqdim etdiyi müxtəlif xidmətlər barədə də məlumat verib.
Tədbirdə qeyd edilib ki, Bakıda keçirilən X iclas böyük əhəmiyyət kəsb edir. Bu tədbir gələcək işlərin planlaşdırılması üçün yaxşı fürsətdir. Tədbirdə müzakirə olunacaq bütün mövzular Şərq Tərəfdaşlığı proqramı üçün çox önəmlidir.
İclas çərçivəsində “Dövlət idarəetməsi sahəsində islahatlar və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi” mövzusunda keçiriləcək sessiyada “ASAN xidmət”in fəaliyyətinə dair təqdimatın edilməsi və tədbir iştirakçılarının “ASAN xidmət” mərkəzlərinə səfərinin təşkil edilməsi nəzərdə tutulur.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info