Azərbaycanda ilk dəfə olaraq Gəncədə ikitərəfli bulvar salınacaq
Tarix: 02.06.2016 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə olaraq Gəncə şəhərində ikitərəfli bulvar salınacaq. Bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əsas binasında 28 May-Respublika Gününə həsr olunan tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə reallaşdırılması nəzərdə tutulan sosial-iqtisadi inkişaf layihələri haqqında məlumat verərkən deyib.Elmar Vəliyev bildirib ki, Gəncəçayın sağ sahilində salınan və ilin əvvəlində Prezident İlham Əliyevin açılışını etdiyi park-bulvar kompleksi qısa zamanda gəncəlilərin sevimli istirahət məkanına çevrilib.Hazırda kompleks həm də sakinlərə yüksək səviyyəli xidmət göstərən sosial obyektləri ilə insanların istirahətlərinin mənalı və yaddaqalan olmasını təmin edir.Elmar Vəliyev vurğulayıb ki, Gəncəçayın sol sahilində salınacaq park-bulvarda da sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkili üçün lazımi şərait yaradılacaq. Bulvar ərazisində aparılacaq tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verən Elmar Vəliyev diqqətə çatdırıb ki, sol sahildə yerləşən bir sıra fərdi yaşayış evləri çayın subasarında tikilib. Odur ki, sakinlərin problemlərinin aradan qaldırılması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb. Komissiya işini yekunlaşdırdıqdan sonra müvafiq qərar veriləcək və ərazidə şəhərin memarlığına yeni elementlər qatacaq bulvarın tikintisinə başlanılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info