Rusiya Dövlət Duması həmyerlimizi mükafatlandırıb
Tarix: 02.06.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Rusiyadakı Azərbaycan diasporunun tanınmış fəalı Araz Mürsəliyev Rusiya Dövlət Dumasının ali mükafatına layiq görülüb. 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Federasiyası Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin Ekspertlər Şurasının və Rusiya Xalqlar Assambleyası Şurasının sədr müavini Araz Mürsəliyev Rusiya parlamentinin aşağı palatasının sədri Sergey Narışkin tərəfindən "Rusiya Federasiyasının qanunvericiliyinin inkişafına verdiyi töhfələrə görə" fəxri fərmanı ilə təltif edilib. 
Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurası və Dövlət Dumasının Millətlərlə İş üzrə Komitəsinin iyunun 1-də keçirilən birgə iclasında Dövlət Dumasının ali mükafatı olan "Rusiya Federasiyasının qanunvericiliyinin inkişafına verdiyi töhfələrə görə" fəxri fərmanı həmyerlimiz Araz Mürsəliyevə təqdim edilib. Ali mükafatı A. Mürsəliyevə Rusiya Dövlət Dumasının sədrinin birinci müavini İvan Melnikov təqdim edib. 
İclasda çıxış edən Araz Mürsəliyev onun fəaliyyətinə verilən qiymətə görə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə, sədrin birinci müavini İvan Melnikova və Millətlərlə İş üzrə Komitəsinin sədri Hacımət Səfərəliyevə təşəkkürünü bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif
16.06.2019
Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info