Bodrumda əcnəbi gənclərə Azərbaycan haqqında məlumat verilib
Tarix: 02.06.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) fəalı Orxan Rəhimzadə və ictimai fəal Həsən Hüseynzadənin iştirak etdiyi 2016-ci il, 24-29 may tarixlərində Türkiyənin Bodrum şəhərində baş tutan 17-ci Bodrum Rəqs festival başa çatdı.  İncəsənət nümayəndələri, rəqqaslar, jurnalistlər və könüllülərin iştirakı ilə keçirilən festivala 17 Avropa ölkəsindən nümayəndələr həm təşkilatçı, həm də iştirakçı qismində qatılıblar. Gənc fəallar 45 ərzində Avropa Könüllülük Xidməti (EVS) çərçivəsində, Festival məhsullarının hazırlanması, tanıtma işlərinin aparılması, program detallarının tamamlanması, ölkələrin qarşılanması, proqramın tətbiq olunması kimi bir çox mövzuda festival qrupuna köməkçi olaraq, mötəbər tədbirin baş tutmasına öz tövhələrini vermişlər.
6 həftə davam edən layihənin sonunda Bodrumun məhşur küçələrindən sayılan Halikarnas küçəsində Bodrum qalasına kimi Azərbaycan da daxil olmaqla 17 ölkədən gələn könüllülərin iştirakı ilə milli bayraqlarla yürüş həyata keçirilmişdir.
Qeyd edək ki, Avropa festivallar siyahısında ən üst sıralarda yer tutan Beynəlxalq Bodrum Rəqs Festivalı 2012, 2013, 2014, 2015, 2016-cı illər üzrə UNESCO-nun beynəlxalq tədbirlər siyahısına daxil edilmişdir. Vurğulanmalıdır ki, Bodrum Rəqs Festivalı 17 ölkədən qatılan könüllülərin iştirakı həyata keçirildiyi üçün UNESCO tərəfindən mükafatlandırılmışdır.
Festival çərçivəsində Azərbaycanı təmsil edən AGAT-ın idarə heyətinin üzvü Orxan Rəhimzadə və ictimai fəal Həsən Hüseynzadə 22 aprel tarixində proqram çərçivəsində Bodrumda Azərbaycan gecəsi keçiriblər. Təqdimat gecəsində Azerbaycan Fransa, Estoniya, Slovakiya, Rusiya, Gürcüstan, Ermənistan, Ukrayna Moldova, Makedoniya, İspaniya, İtaliya, Latviya, Belarusiya, Macarıstan, Bolqarıstan,Litva nümayəndələri iştirak ediblər. Növbəti günlərdə AGAT fəalı Orxan Rəhimzadə Erasmus+ proqramı çərçivəsində Azərbaycanı təmsil etməklə yanaşı, iştirak etdiyi ölkələrdə Azərbaycan dövlət gənclər siyasətində əldə etdiyi təcrübəni məktəblilərlə bölüşüb, o cümlədən carı proqramın faydaları, iştiraketmə qaydaları barədə geniş məlumat verib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info