Pambıqçılıqda məhsuldarlıq artıb
Tarix: 05.03.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Son bir neçə illə müqayisədə ötən il Azərbaycanda pambıq bitkisinin məhsuldarlığı yüksək olub.
Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru Həsənəli Aslanov bildirib ki, ötən il ölkədə 29,2 min hektar sahədə pambıq əkilib ki, 57 min ton (hektara 19,5 sentner) pambıq tədarük edilib. Onun sözlərinə görə, 2011-ci ildə ölkədə pambıq sahələrindən hektara 15,5 sentner məhsul əldə edilib: “Sevindirici haldır ki, pambıq əkən təsərrüfatlarda məhsuldarlığın artımı intensiv yolla gedir. Əgər məhsulun alış qiyməti artarsa, bu sahə daha da inkişaf edəcək”. Qeyd edək ki, 2009-cu ildə ölkədə 21,1 min hektardan 30 min tona yaxın pambıq tədarük edilib, 2010-cu ildə isə 28,1 min hektar sahədə pambıq əkilib, əldə edilən xam pambıq 35,3 min ton təşkil edib. Sovetlər dönəmində Azərbaycanda pambıqçılığa geniş yer verilib. Belə ki, 1981-ci ildə 350 min hektar sahədən 1 mln. tona yaxın pambıq tədarük edilib. Dünya səviyyəsində də pambıqçılığın vəziyyəti acınacaqlıdır. Belə ki, 1998-ci ildə pambıq əkinləri dünya üzrə 34 mln. hektar sahəni əhatə etdiyi halda, 10 il sonra - 2008-ci ildə bu rəqəm 14 mln. hektar təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info