500 çən vaqonu əsaslı təmir olunacaq
Tarix: 02.06.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


İstismar müddətini keçmiş çən vaqonları əsaslı təmir olunur."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, son bir il ərzində Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasından 3100 müxtəlif təmayüllü yük vaqonu alınaraq ölkəmizə gətirilib. Bunun 600-ü çən vaqonudur.Yeni vaqonların alınması ilə yanaşı, istismar müddətini keçmiş çən vaqonlarının əsaslı təmir olunmasına da başlanılıb.Bu günlərdə Bakı Vaqon Təmiri Zavodunda əsaslı təmir edilmiş, istismar müddəti 5 il artırılan 15 ədəd çən vaqonuna baxış keçirilib. Yük daşımaları Departamentnin vaqon şöbəsinin rəisi Bəşir Əsədov kütləvi informasiya vasitələri nümayəndələrinə məlumat verib.O bildirib ki, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası rəhbərliyinin 11 may 2010-cu il tarixli teleqramına əsasən, Bakı Vaqon Təmiri Zavoduna neft və neft məhsulları və həmçinin maye qaz daşıyan çən vaqonlarının istismar müddəti qurtardıqdan və bu vaqonlar xüsusi qurumlar tərəfindən texniki diaqnostika edildikdən sonra, "Texniki qərar" əsasında əsaslı təmir edilərək, vaqonların istismar müddətinin artırılmasına icazə verilib.Ümumiyyətlə vaqonlarının istismar müddəti 32 ildir. 1984-cü ilə qədər istehsal olunan neft və neft məhsulu daşıyan çən vaqonlarının istismar müddəti artıq başa çatıb. Həmin vaqonlardan 15 ədədi "İnter Qaz Servis" MMC tərəfindən diaqnostika edilərək, istismar müddətinin 5 il artırılması haqqında "Texniki qərar" verilib.Çən vaqonlar Bakı Vaqon Təmiri Zavodunda əsaslı təmir edilib, vaqonların istismar müddəti 5 il artırılaraq istismara buraxıb.Vaqonların xarici səthinin neft qalıqlarından xüsusi qurğularla təmizlənməsi və rənglənməsi Şirvan istismar vaqon deposunda həyata keçirilib."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri hörmətli Cavid Qurbanovun tapşırıq və tövsiyələrinə əsasən, istismar müddətini keçmiş daha 500 çən vaqonunun əsaslı təmir olunması nəzərdə tutulur
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info