Gəncədə Mirzə Şəfi Vazehin muzeyi yaradılacaq
Tarix: 02.06.2016 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Gəncədə Şərq poeziyasının görkəmli nümayəndəsi, pedaqoq və maarifçi-filosof, Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm yer tutan Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını özündə əks etdirən muzey yaradılacaq. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə reallaşdırılması nəzərdə tutulan mədəni inkişaf layihələri haqqında məlumat verərkən deyib.Hazırda muzeyin yaradılması istiqamətində hazırlıq işlərinin getdiyini bildirən Elmar Vəliyev vurğulayıb ki, 2014-cü ildə prezident İlham Əliyev “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Gəncə şəhərində bir sıra mühüm mədəni tədbirlər həyata keçirilib və şairin yubileyi qeyd edilib.
Elmar Vəliyev diqqətə çatdırıb ki, şairin ədəbi irsini, həyat və yaradıcılığının bütün mərhələlərini əks etdirən zəngin materialların toplanacağı muzey Gəncədə son illərdə istifadəyə veriləcək sayca 6-cı mədəni mərkəz olacaq.
Qeyd edək ki, son 5 ildə Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan muzey, “Qala” Arxeologiya və Etnoqrafiya, “Nizami Gəncəvi”, “Məhsəti Gəncəvi” muzey mərkəzlərinin hər biri üçün orijinal layihə əsasında müasir binalar tikilib, istifadəyə verilib. “Miniatür Kitab” Muzeyi isə şəhərin mərkəzində yeni binada fəaliyyətə başlayıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info