Ucar məktəbliləri həmrəylik nümayiş etdiriblər
Tarix: 02.06.2016 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Ucar şəhər Nizami Gəncəvi adına 3 nömrəli tam orta məktəbin müəllimi Şəlalə Həsənova 20 illik pedaqoji fəaliyyətinin yekunu olaraq “Ana kimi mehribandır doğma, əziz vətənimiz” mövzusunda tədbir keçirib. Tədbirdə təşkilati dəstəyi Gələcək Gənclər İctimai Birliyi , Ucar mədəniyyət evi, Musiqi məktəbi nəzdində rəqs dərnəyi göstərib.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Şəhla Abdullayeva, Gələcək Gənclər İctimai Birliyinin sədri Kazim Məmmədov və digər ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin uşaqlar haqqında söylədiyi bu sözlərlə başladı: “Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bu günüdur, həmdə gələcəyidir”.
Sonra tədbirdə məktəbin birinci sinif şagirdlərinin bir birindən maraqlı səhnəcikləri ilə davam etdi. Əvvəlcə onlar nağıllar aləminə səyahət etdilər, sonra doğma Azərbaycanımızın multikultralizm dəyərləri əks olunanaraq Azərbaycanda yaşayan yəhudi, gürcü, rus, türk, avar, ləzgi milli geyimlərində milli rəqsləri səhnələşdirdilər. Bütün xalqları təmsil edən milli geyimli birincilər “Sarı gəlin” mahnısı ilə rəqs edən Azərbaycanı təmsil edənlərin ətrafına dairə vuraraq Həmrəylik mahnısı ilə birliklərini göstərdilər. Hər milləti təmsil edən birinci öz dilində “hər kəsi sülhə çağırırıq” şuarını səsləndirərək Azərbaycanın birlik, hərəylik və sülh sevər ölkə olduğunu nümayiş etdirdilər. Birincilər özbək milli rəqsi ilə tədbiri davam etdirdilər. Məktəb şagirdləri “Ana dilimizi sevək sevdirək” mahnısını ifa etdilər.
Sonda tədbirin qonaqlarına söz verildi. Rayon İcra Hakimiyyəti Başçısının müavini Şəhla Abdullayeva çıxışında, dövlətimizin hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşdığını qeyd etdi, Uşaqları təbrik etdi.
Nizami Gəncəvi adına 3 saylı tam orta məktəbin direktoru Vuqar Məlikov tədbirin hazırlayan Şəlalə Həsənovaya və məktəbin müəllim, şagird kollektivinə təşəkkürünü bildirdi. Məktəbin ictimai fəal yeniyetmələrini fəxri fərmanla təltif etdi.
Tədbirdə iştirak edən Gələcək Gənclər İctimai Birliyinin sədri Kazım Məmmədov çıxış edərək bildirdi ki, birincilərin iştirakı ilə həyata keçirilən səhnəciklərə baxmaqla biz, əslində, öz gələcəyimizə baxmış olduq, çünki uşaqlar gəncliyin sabahı, cəmiyyətin təməli, millətin gələcəyidir.
Sonda Tədbirin təşkilatçısı Şəlalə Həsənova tədbirdə iştirak edənlərə və tədbirin həyata keçirilməsində köməklik göstərənlərə minnətdarlığını bildirdi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info