Buzovnada vətəndaşlara daşınmaz əmlaka dair çıxarışlar təqdim olunub
Tarix: 02.06.2016 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaq sahələrinə dair mülkiyyət sahiblərinə Buzovna qəsəbəsində bilavasitə yerlərdə çıxarışlar təqdim edib. 
Komitədən verilən məlumata görə, adıçəkilən Azərbaycan Prezidentinin 30 oktyabr 2015-ci il tarixli fərmanına qədər belə sənədlər mülkiyyət hüququnun tanınması üçün qanunla əsas hesab edilməyib. Yalnız bu fərman qüvvəyə mindikdən sonra kütləvi şəkildə belə torpaq sahibi olan bir çox insanın öz əmlakına dair çıxarış alması üçün hüquqi zəmin yaranıb. Beləliklə, “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində 100-ə yaxın belə sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında rahat və çevik şəkildə çıxarışlar paylanıb. 
Bundan əlavə, sovet dövründə kolxoz və sovxozların verdiyi belə sənədləri olan digər vətəndaşlardan da həmin sənədlər yerindəcə qəbul edilib və sakinlərə yeni çıxarışların hazır olacağı və onların ünvanına çatdırılacağı tarix bildirilib. İnsanlara yaradılan bütün bu imkanlar sosial rahatlıq və xidmətlərdən məmnunluğa nail olunması məqsədi daşıyır. Komitənin bu sosial kampaniyası insanların çıxarışlar və digər qeydiyyat xidmətləri üçün ərazi idarələrinə getmək, bunun üçün vaxt itirmək kimi ehtiyaclarını qarşılayır. Həmçinin nəinki, şəhər və rayon mərkəzləri, kənar və ucqar bölgələrdəki əmlak sahiblərinin də qeydiyyat xidmətlərindən bəhrələnməsinə vasitə olur və vətəndaş razılığının zamanla yüksəlməsinə gətirib çıxarır. 
Qeyd edək ki, budəfəki kampaniyada vətəndaşların mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışlar keçmiş kolxoz və sovxozların ərazilərində yerləşən, müvafiq əmrlərlə verilmiş yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinə aid olub. Bura həmçinin, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı da daxildir. Eyni zamanda, sovxozların yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisələrinin rəhbərinin (direktor və s.) əmrləri də aiddir. Belə aksiyalar sayəsində Bakı və regionlarda fərmanda əksini tapmış sənədləri olan əmlak sahiblərinə qeydiyyat xidmətlərini birbaşa yerlərdə çatdırılır. 
Qeyd edək ki, komitənin mobil ofisləri gündəlik olaraq vətəndaşların ünvanlarına gedərək fərdi qaydada qeydiyyat xidmətləri göstərir. Hüquqi yardım aksiyaları vasitəsilə vətəndaşların qeydiyyatla bağlı sualları cavablandırılır, onlara hüquqi istiqamət verilir, çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri toplanır. 
“Kütləvi çıxarış” kampaniyası daşınmaz əmlakın qeydiyyatının sosial əhəmiyyətini sürətlə artırmaqda davam edir. Ölkə üzrə hüquqi baxımdan təhlükəsiz və etibarlı daşınmaz əmlakı olan mülkiyyətçi təbəqəsi formalaşır. Bu eyni zamanda, digər vətəndaşları da qeydiyyata maraq göstərməyə, öz əmlakını qeydiyyata aldırmağa stimullaşdırır. 
Xatırladaq ki, kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Mobil xidmətlər yalnız çıxarış almaq üçün qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. 
Kampaniyalar və mobil ofis xidmətləri ilə yanaşı, vətəndaşlar komitənin SMS xidmətlərindən də yararlanır. Belə ki, mobil telefonun olması bu xidmətlərdən istifadə üçün tam kifayət edir, internetin, kompüter imkanlarının olmasına ehtiyac yoxdur. SMS xidmətlər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının və müraciətin icra vəziyyətinin (hələ icrada olması və ya bitəcəyi tarix barədə məlumat) SMS vasitəsilə öyrənilməsinə imkan verir. Bundan ötrü sadəcə müraciətin nömrəsinin 9193-ə göndərilməsi yetərlidir. Dərhal sonra zəruri məlumat vətəndaşın mobil telefonuna göndərilir. 
Eyni zamanda, vətəndaşlar, fiziki və hüquqi şəxslər komitənin 31 elektron xidmətindən də faydalanır. İndiyədək elektron xidmətlər vasitəsilə 363 minə yaxın müraciət qəbul olunub və icra edilib. 
Bu tədbirlər daşınmaz əmlakın qeydiyyatının sadələşməsinə, daha çevik və rahat qeydiyyat aparılmasına səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info