“VyetnamPlus”: “Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur”
Tarix: 02.06.2016 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“VyetnamPlus” internet qəzetində Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə mülki əhalini və mülki obyektləri kimyəvi silahlardan atəşə tutması ilə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın beynəlxalq ictimaiyyəti Ermənistan hərbi qüvvələrinin ağ fosfor (P4) kimyəvi tərkibli silahlardan istifadə etməsini pisləməyə çağırdığı vurğulanır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına istinad olunan yazıda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan sursat D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) tərkibli maddə olan mərminin ümumi çəkisi 27,7 kiloqramdır. Qeyd olunan faktın Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən aşkar olunduğu məqalədə əksini tapıb.“VyetnamPlus” internet qəzeti Ermənistanın beynəlxalq humanitar hüquq və insan haqları üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğunu vurğulayıb. Məqalədə Ermənistan tərəfinin həmin məsələ ilə bağlı mövqe bildirməməsi də qeyd olunub.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info