Azərbaycandan Türkiyəyə turizm çağırışı
Tarix: 02.06.2016 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının ("Skal İnternational") Bakı klubunun Azərbaycan üzrə nümayəndəsi, “Park İnn” hotelinin meneceri Ahməd Can Yeşildağın təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı o, Bakının 17-19 iyun 2016-cı il tarixləri arasında “Formula 1” yarışlarına ev sahibliyi edəcəyini bildirib: “Bu mənada bütün hazırlıqlar tamamlanır.
Azərbaycan dövləti çox ciddi investisiyalarla şəhərdə turizmi də inkişaf etdirmək üçün əhəmiyyətli addımlar atır. Biz də turizm elçiləri olaraq belə əhəmiyyətli tədbirlərə özümüzü hazırladıq. Türkiyədə Azərbaycanın daha yaxşı tanıdılması məqsədilə türk xalqını buranı görməyə dəvət edirik. Müvafiq qiymətlər və yaxşı bir imiclə Azərbaycan turizmini ayağa qaldıracağıq. Türkiyəli qardaşlarımızı Azərbaycanda gözləyirik və onlara qapımız və könlümüz açıqdır”. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, Baku City Circult-un səlahiyyətli nümayəndələri Bülent Özedim və Nigar Apradarai də “Formula 1” yarışlarının bütün infrastruktur işlərinin başa çatdırıldığını bildiriblər: “Formula” yarışları çox çətindir. Bunun üçün qüsursuz bir xidmət təqdim etməyə çalışırıq. 40 min insanın Azərbaycanda “Formula 1” yarışlarını izləməsi üçün hazırlıq görülüb. Xaricdən 15 min nəfərin gəlməsini gözləyirik. Azərbaycanda ölkənin səlahiyyətli şəxsləri turizmin inkişafı üçün əhəmiyyətli səylər göstərir”. Azərbaycandakı Türkiyə səfirliyinin müşaviri Meral Barlas isə Türkiyənin Azərbaycan ilə əlaqələrinin çox mükəmməl bir şəkildə davam etdiyini və iki ölkənin bir-birinə olan yaxınlığını hər insanın yaşayaraq gördüyünü ifadə edib və türkləri Bakını və Azərbaycanı görməyə dəvət edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info