Gürcüstana ən çox səfər edən turistlər azərbaycanlılardır
Tarix: 02.06.2016 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Gürcüstanasəfər edən turistlərin və xarici qonaqların sayında yeni rekord müəyyənləşib - bu ilin ilk 5 ayı ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% çoxdur. 
"Sputnik Georgia" agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib. 
Onun sözlərinə görə, qeyd edilən rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% artıb. 
"Qonşu ölkələrdən Gürcüstana səfər edənlərin sayı daha çoxdur. İlk yerdə Azərbaycan qərarlaşıb. Bu ölkədən Gürcüstana 570 min 825 nəfər səfər edib ki, bu da 22%-lik artım deməkdir. Azərbaycanın ardınca Türkiyə gəlir ki, bu ölkədən Gürcüstana səfər edənlərin sayı 524 min 71 nəfər olub. Üçüncü yerdə qərarlaşan Ermənistandan ölkəmizə 445 min 343 nəfər səfər edib. Dördüncü və beşinci yeri Rusiya və Ukrayna tutur - bu ölkələrdənGürcüstana müvafiq olaraq 303 min 678 və 53 min 166 nəfər gəlib", - deyə G. Çoqovadze bildirib. 
Onun sözlərinə görə, Avropa İttifaqına üzv olan ölkələrdən Gürcüstana daha çox Latviya, İtaliya, Polşa, Fransadan səfər edirlər.
 "Bu ilin əvvəlində biz ölkəyə daha çox turistin cəlb olunması üçün müvafiq tədbirlər planı hazırladıq. Plana əsasən, həm ölkə daxilində, həm də ölkə xaricində aktiv tədbirlər həyata keçirdik. Bunun nəticəsi olaraq, ölkəyə gələn turistlərin sayında artım tendensiyası müşahidə olundu. İndi biz əminliklə deyə bilərik ki, bu il ölkəyə rekord sayda turist gələcək", - deyə G. Çoqovadze bildirib. 
Mayı ayının göstəricilərinə gəlincə, o deyib ki, ötən ay ərzində Gürcüstana522 min 359 xarici qonaq daxil olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çoxdur. Mayda ölkəyə daha çox Türkiyədən (134 min 652 nəfər) səfər ediblər. İkinci yerdə Azərbaycan (111 min 944 nəfər), üçüncü yerdə isə Ermənistan (110 min 562 nəfər) qərarlaşıb. 
Xatırladaq ki, 2015-ci ildə Gürcüstan turizm sektorundan 1,94 mlrd. dollar gəlir əldə edib ki, bu da 2014-cü illə müqayisədə 8,34% çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info