Naxçıvan məktəbliləri güləkmə aksiyası keçiriblər
Tarix: 02.06.2016 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalar davam etdirilir.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarında məktəblilərin iştirakı ilə maarifləndirici tədbir və güləkmə aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Yeni Azərbaycan Partiyasının adıçəkilən rayon təşkilatlarının Heydər Əliyev adına Gənclər birlikləri tərəfindən keçirilən tədbirə Kəngərli rayonundan start verilib.
Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil edilən tədbirdə Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təbiətin mühafizəsində və zənginləşdirilməsində uşaq və yeniyetmələrin, eləcə də gənclərin rolundan bəhs edib.
Sonra güləkmə aksiyasına başlanılıb. Aksiya iştirakçıları müxtəlif gül və çiçək, eləcə də dekorativ bitki şitillərini parkın ərazisinə əkib, gülkarlıqlara qulluq ediblər.
Şərur rayonunda bu qəbildən olan aksiya şəhərdəki Heydər Parkında, Sədərək rayonunda isə Heydərabad qəsəbəsindəki Heydər Parkında keçirilib.
Tədbirlərdə uşaqların təbiətə sevgisi elə aksiyanın başlandığı ilk dəqiqələrdən müşahidə olunurdu. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Fatma Mehdiyeva, Sədərək rayon məktəblisi Şəhla Rzalı ilə söhbətimizdə dedilər ki, bu tədbirdə muxtar respublikanın, eləcə də yaşadıqları bölgənin təbiəti, bitki örtüyü haqda məlumat alıblar, müxtəlif güllərin əkilməsi və onlara qulluq qaydalarını öyrəniblər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info