Çiyələk alarkən diqqətli olun
Tarix: 03.06.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Orqanizm üçün gərəkli giləmeyvələrdən olan və mövsümü olaraq tələbat artan çiyələyin istehlakı zamanı bir sıra məsələlərə diqqət edilməlidir. İqtisadiyyat Nazirliyinin Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, çiyələk qeyri-həqiqi giləmeyvələr qrupuna daxil olub yabanı halda meşə ətrafında bitir, mədəni halda isə müхtəlif sortları becərilir. Çiyələk ətri, dadı və görünüşü ilə cəlbedici olmaqla yanaşı, çox faydalıdır. Çiyələyin tərкibində şəкər, üzvi turşu, vitaminlər, pektin maddələri və s. vardır. Çiyələk orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır, həzmolmanı asanlaşdırır, qaraciyərin iltihabını aradan qaldırır, avitaminoz xəstəliyinə qarşı yaxşı
təsir göstərir.

Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları, böyrək xəstəliklərində və s. istifadə edilir.
İstehlakçılar çiyələyin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmasını yoxlamalıdır. İstehlakçıya keyfiyyətli halda çatdırılmasında onun qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Bu məhsulun qablaşdırıldığı tara keyfiyyətcə standartlara uyğun olmalıdır. Çiyələk qablaşdırılan taralar möhkəm, təmiz, quru olmalı, kənar iy verməməlidir. Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir.
Çiyələyin qablaşdırıldığı taralar mütləq markalanmalıdır. Markalanmada onun xalis və tara ilə çəkisi, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır.
Çiyələk alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki çiyələk onun yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır. Çiyələyi ehtiyacınız olduğu miqdarda almağınız və soyuducuda uzun müddət saxlamamağınız tövsiyyə olunur.
Saхlanma müddətinə görə çiyələk qısa müddətə saхlanıla bilən giləmeyvədir. Bu qrupa aid məhsulları optimal temperaturda 5 gündən 20 günə qədər saхlamaq olar.
Ticarət şəbəkələrindən çiyələk alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmamasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan məhsul içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.
Çiyələk müxtəlif irilikdə və formada olur. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən və kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.
Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz olanlara, kiçik ölçülü, xırda meyvələrə üstünlük verin. Çünki onların süni yetişməsi üçün nitro preparatları işlənir və həmin dərmanlar daha çox böyük ölçüdə olan meyvələrə toplanır. Antisanitar şəraitdə satılan çiyələk almayın.

Təqdim etdi:
R.Babalı




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info