“Böyük Britaniya iqtisadiyyatımıza 25 milyard dollar yatırıb”
Tarix: 03.06.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson ilə görüşüb, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıb.
Nazir Şahin Mustafayev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi təyin olunması münasibətilə Baronessa Nikolsonu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf etdiyini qeyd edən Şahin Mustafayev əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Prezidentinin bu ilin fevralında Böyük Britaniyaya səfərinin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq edir. Böyük Britaniya Cənub Qaz Dəhlizi layihəsinə dəstək göstərir. İndiyədək Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 25 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Azərbaycanın iqtisadi sahədə Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Şahin Mustafayev Baronessa Emma Nikolsonun Bakıya səfərinin əhəmiyyətini qeyd edib, qeyri-neft sektorunun turizm, kənd təsərrüfatı, eləcə də investisiya qoyuluşu sahələrində əməkdaşlıq imkanları barədə fikirlərini bildirib, Böyük Britaniyanın sənaye sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın neft-kimya sənayesinə investisiya yatırması üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson Bakıda keçirilən 23-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2016” Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensial mövcuddur. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsi məqsədilə Böyük Britaniyanın Milli Fermerlər Birliyi ilə Azərbaycanın müvafiq qurumu əməkdaşlıq edə, kənd təsərrüfatı və turizm imkanlarının öyrənilməsi üçün qarşılıqlı səfərlər həyata keçirilə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info