Mingəçevirdə “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib
Tarix: 03.06.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Dünən Mingəçevir şəhərində “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilib. Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutan Forum Prezident yanında Gənclər Fondunun maliyyələşdirdiyi eyniadlı layihə çərçivəsində reallaşdırılıb.
Çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov Forumun məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycan həyata keçirilən uğurlu gənclər siyasəti bütün region gənclərinə, o cümlədən Mingəçevir şəhərində yaşayan və kənardan gəlib təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərib: “Əminliklə deyə bilərik ki, region gənclərimiz intellektual səviyyəsinə, dünyagörüşünə və digər göstəricilərinə görə nəinki paytaxt gənclərindən, hətta qabaqcıl ölkələrin gənclərindən də geri qalmırlar. Onlar arasında xarici ölkələrdə təhsil alanların, müxtəlif beynəlxalq yarış və müsabiqələrdə yüksək nəticə göstərənlərin sayı həddindən artıq çoxdur. Təbii ki, bu Forum həm uğurlarımızı qeyd etməklə yanaşı, eyni zamanda problemlərimizi, reallaşdırmaq istədiyiniz təşəbbüslərin gerçəkləşdirilməsini müzakirə etmək baxımından əhəmiyyətlidir”. “Davos” formatında keçirilən Forumda Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək, təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlər barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan Avropanın nadir ölkələrindəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı Gənclər Fondu da fəaliyyət göstərir, dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərdlərin layihələrinə dəstək verilir. Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirib ki, bunlardan da 30 faizi gənclər təşkilatlarına, qalan 70 faiz isə 16-29 yaşlı fərdlərə məxsusdur. Region gəncləri də bütün müsabiqələrdə çoxluq təşkil edir və maraqlı təşəbbüslərlə gəlirlər. Gələcəkdə də onlardan maraqlı təşəbbüslərin gələcəyinə əminik. Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxışında yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu və gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına zəngin informasiya verib. Qeyd edib ki, müstəqillik illərində Azərbaycanda gənclər siyasətinin uğurlu modeli formalaşıb. Hər 5 ildən bir Prezident tərəfindən gənclərlə bağlı dövlət proqramları təsdiq edilir. Ötən il isə dövlət başçısı tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edib. Hazırda ölkəmizdə gənclərin təhsil almasına, idmanla məşğul olmasına, asudə vaxtının səmərəli təşkilinə, istedadlı və yaradıcı gənclərin inkişafına xidmət edən minlərlə obyektlər fəaliyyət göstərir. Son illər 40-dək “Gənclər evi” inşa edilib. Onlardan biri də Mingəçevir şəhərində fəaliyyət göstərir. Bu ev də digərləri kimi region gəncləri üçün ən böyük imkan və stimuldur. Daha sonra Forum iştirakçıları öz fikirlərini bölüşüb, onları maraqlandıran suallar rəsmi qonaqlar tərəfindən cavablandırılıb. Gənclər bir sıra təşəbbüslərini də məhz Forum zamanı səsləndiriblər. Forumun moderatoru Tural Kərimov bildirib ki, Forumda gənclər tərəfindən səsləndirilən təkliflər və fikirlər bir daha təhlil ediləcək, səmərəli təşəbbüslərin reallaşdırılması üçün yaxın zamanda “ideya yarmarkası” təşkil olunacaq. O, layihənin yalnız Forumla yekunlaşmayacağını, bir sıra əhəmiyyətli tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb. Forumun sonunda bir qrup fəal region gəncinə, eyni zamanda yerli gənclər və idman idarəsinə Mərkəzin diplomu təqdim olunub. Qeyd edək ki, Forumlar Gəncə, Ağcabədi və Qubada da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info