“Azərbaycanın böyük dövlət xadimi - Həsən Padşah” mövzusunda konfrans
Tarix: 03.06.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycanın böyük dövlət xadimi - Həsən Padşah” mövzusunda elmi-praktik konfrans keçirilib. Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbdə keçirilən konfransda lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb.
O bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Xalqımız orta əsrlərin böyük dövlətlərini - Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb”. Y.Mahmudov Ağqoyunlu hökmdarı Həsən Padşah (1468-1478) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Həsən Padşahın hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilib: “XV əsrin 60-70-ci illərində Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf edib. Həsən Padşah bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Ulu öndər Heydər Əliyev Həsən Padşahı Azərbaycanın böyük dövlət xadimi adlandırıb”. AMEA-nın müxbir üzvü çıxışında bildirib ki, sovet dövründə, yəni XX əsrin 60-cı illərinə qədər Azərbaycan tarix elmində Ağqoyunlu-Avropa münasibətləri ilə bağlı ətraflı məlumat yox idi. “Həsən Padşah “Qurani-Kərim”i azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırtmışdı”, - deyə Y.Mahmudov qeyd edib. Tarixçi-alim konfransda gəncliyə müraciət edərək deyib ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir: “Tarixinə sahib çıxmayan xalq isə gec-tez başqalarına yem olur”. İnstitut direktoru qeyd edib ki, Həsən Padşah elmin, maarifin inkişafına xüsusi diqqət yetirib. Tarixçi-alimlər tərəfindən konfransda bildirilib ki, Həsən Padşah dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artıb. Həsən Padşaha həsr olunmuş konfransda daha sonra lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Şahin Fazil, Dilavər Əzimli, 144 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova və başqaları çıxış ediblər. Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində layihə çərçivəsində ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Şah Təhmasib Səfəvi, Tomiris və Şah Abbasa həsr olunmuş konfranslar keçirilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info