“Regionda baş verən son proseslər Azərbaycanın xeyrinədir”
Tarix: 03.06.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) may ayında dünyada və regionda baş vermiş ictimai-siyasi proseslərin yekunları ilə bağlı analitik hesabatını təqdim etdi. Politoloq Mübariz Əhmədoğlu mətbuat konfransında bildirdi ki, mayın 27-də Prezident İlham Əliyev Respublika Günü ilə bağlı keçirdiyi qəbulda Azərbaycanın gücündən danışdı. Prezident İlham Əliyev bildirdi ki, heç kim bizə kömək etməyib, etmir və etməyəcək.
Politoloq qeyd etdi ki, hadisələr, ümumi gedişat Azərbaycanın maraqlarına uyğundur: “Bu gün Cənubi Qafqazda ona görə sabitlikdir ki, Azərbaycan belə istəyir. Aprelin əvvəlindəki 4 günlük müharibə Azərbaycana yeni imic gətirdi. Son günlər xarici dövlətlərin nümayəndə heyətləri Azərbaycana gəlir. Xüsusilə, Çin nümayəndə heyətinin Azərbaycana gəlməsi o deməkdir ki, Çin Xəzər dənizinin qərbinə keçir. Bu o mənaya gəlir ki, Çin Azərbaycanla olacaq. Çin Azərbaycana iqtisadi faktor olaraq gəlmir, geosiyasi faktor olaraq gəlir". Politoloqun sözlərinə görə, indi dünyada müsbət maraqların cəmləşdiyi dövlətlər azdır. M.Əhmədoğlu hesab edir ki, Azərbaycan da üzərində bu cür maraqlar cəmləşən dövlətlərdəndir. Politoloq bildirdi ki, bizim ən böyük uğurumuz Ermənistandan üstün olmağımızdır: “Ən xəstə ermənilər də bunu dərk edir. Onlar etiraf edir ki, Azərbaycan bir gücdür”. Politoloq qeyd etdi ki, Ermənistanda bəziləri elə hesab edir ki, bizim üstünlük əldə etməyimizin səbəbi Rusiyadır. Amma bu belə deyil: "Rusiya sadəcə bizlə normal qonşu münasibətindədir”. Politoloq deyib ki, Rusiyanın dəyişməsinin səbəbini Ermənistan özündə axtarmalıdır: "Ermənilər vaxtilə Osmanlılara etdiyini Rusiyaya etdi, onu arxadan vurdu”. Politoloq onu da bildirdi ki, Azərbaycan iqtisadiyyatı daha da inkişaf edib, beynəlxalq əlaqələri möhkəmlənib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımların atıldığını diqqətə çatdıran politoloq regionda baş verən son proseslərin Azərbaycanın xeyrinə olduğunu bildirdi. Həmsədr ölkələrin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Fransanın Dovil şəhərində qəbul etdiyi bəyanatına, həmçinin Avropa Parlamentinin sədri Yeji Buzekin verdiyi bəyanatına münasibət bildirən M.Əhmədoğlu bunun Azərbaycanın xeyrinə olduğunu, Ermənistanın isə maraqlarına cavab vermədiyini dedi.
Politoloq qeyd etdi ki, Azərbaycan Avropada və dünyada getdikcə daha da tanınır, hər bir sahədə inkişaf edir və regionun lider dövlətinə çevrilir. Bu, Azərbaycan rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsidir.
Ermənistanın region üçün ciddi təhlükə mənbəyi olaraq qaldığını vurğulayan M.Əhmədoğlu bildirdi ki, bu dövlətin tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına səbəb olub. Mərkəz sədri hesabat dövründə Azərbaycanın sürətlə inkişaf edən iqtisadi, siyasi vəziyyəti və beynəlxalq əlaqələrindən bəhs edərək, Ermənistanın isə nüfuzunun sürətlə aşağı düşdüyünü ciddi faktlarla diqqətə çatdırdı. Hesabatda dünyada və regiondakı mühüm hadisələr, həmçinin Azərbaycanın Türkiyə, Rusiya, Fransa, İsrail, ABŞ, İran, Gürcüstan və NATO-ilə münasibətləri təhlil olundu.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info