Rusiya Qara dəniz ətrafında yolun inşasına başlayır
Tarix: 03.06.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Azərbaycan da “Qara dəniz halqası”na maraq göstərən dövlətlər sırasındadır
Rusiyanın Nəqliyyat Nazirliyi “Qara dəniz halqası” seqmentinin tikintisinə başlayıb. Yeni yolun Qara dəniz sahili boyunca tikiləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, bu yolun tikintisini Qara dəniz regionu ölkələri də dəstəkləyir. Nəzərdə tutulan plana əsasən, “halqa” sahil boyunca 7000 kilometr boyunca bütün yaşayış ərazilərini birləşdirəcək. Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Maksim Sokolovun sözlərinə görə, Rusiya tərəfi layihə çərçivəsində yolun 113 kilometrini bu il, digər 167 kilometrini isə bir müddət sonra çəkəcək. TASS xəbər agentliyinə açıqlama verən nəqliyyat naziri yolun keyfiyyətinin şox yüksək və maksimal sürət limitinin 130 km / saat olacağını bildirib. Layihənin dəyəri onun ambisiyalarına uyğun həyata keçiriləcək. Belə ki, yolun hər kilometri üçün, bütün xərclər daxil olmaqla, 500 milyon rubl sərf ediləcək. Nəqliyyat nazirinin sözlərinə görə, burada torpaq sahələrinin azad edilməsi, köçürmə və digər məhdudiyyətlər də nəzərə alınmaqla ümumi xərcin 80 milyard rublu ötəcəyi ehtimal olunur: “Amma daha dəqiq rəqəmi ekspertiza müəyyən edəcək”. Onu da qeyd edək ki, Krımın yolları, o cümlədən Kerç körpüsü də “Qara dəniz halqası”nın tərkibinə daxil ediləcək. Ukrayna şəhərləri -Odessa, Xerson, Mariupol və Novoazovsk yeni layihənin yaxınlığında yerləşdiyindən Rusiya yeni yolun məhz bu şəhərlərdən keçməsini təkid edir. Plana görə, Türkiyə, Gürcüstan, Moldova, Rumıniya, Bolqarıstan və Yunanıstanın da bu layihədə iştirakı gözlənilir. Eyni zamanda Azərbaycan, Ermənistan, Albaniya və Serbiyanın da “Qara dəniz halqası”na maraq göstərirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info