Kərim Benzema Fransanı bir-birinə vurdu
Tarix: 03.06.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Fransa yığmasının hücumçusu Kərim Benzemanın sözləri ölkədə birmənalı qarşılanmayıb. “Avro-2016” üçün milliyə çağırılmayan Əlcəzair əsilli forvard bunu irqçilik adlandırıb.
Belə ki, Benzema İspaniyanın “Marca” qəzetinə açıqlamasında “Fransada mənə qarşı hərəkət irqçilikdir. Didye Deşam irqçi kütlənin təzyiqi altında qaldı”, - deyib. Fransanın əfsanəvi futbolçusu Erik Kantona da Benzema və Hatem Ben-Arfanın yığmadan kənarda qalmasını irqçi addım hesab edib. İrqçiliklə Mübarizə Dərnəyinin sədri Dominge Sopo isə bu məsələdə Benzemanı günahlandırıb. O, “Real”ın hücumçusunu özündənrazı adlandırıb: “Onun ilk dəfə irqçilik məsələsi ilə maraqlanmasını görmək sevindiricidir. Amma Benzema söhbət özündən gedəndə bununla maraqlanır. Kaş Benzema Aralıq dənizində sığınan gənclərin qorunmasına da münasibət bildirəydi. Əvvəllər irqçiliklə heç vaxt maraqlanmayıb, ancaq özü gündəmə gələn kimi yadına düşdü. Eqoist və özündənrazı bir xarakter qarşısındayıq”. Fransanın sabiq baş naziri Fransios Filon ölkənin ən böyük problemini din, irq və etnik mənşə ilə bağlamağın düzgün olmadığını vurğulayıb. Yerli deputatlardan Benio Hamon ulduz futbolçunun ölkədə irqçiliyin artdığına diqqət çəkməsinin doğru davranış olduğunu deyib. Onun digər həmkarı Florian Filippo isə əksinə, Fransa xalqının Benzemanın başqalarını günahlandırmasından narahat olduğunu bildirib. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qri isə baş məşqçi Didye Deşamın seçiminin qüsursuz olduğunu deyərək, bu məsələdə onu dəstəklədiklərinə işarə vurub. Qeyd edək ki, Kərim Benzema komanda yoldaşı Matye Valbuenaya şantaj etməklə günahlandırılır.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“Yuventus“dan Türkiyə millisinin üzvünə təklif
23.05.2019
Riberi yenidən “Qalatasaray“da?
23.05.2019
Erməni idmançılar Bakıda
23.05.2019
Məşhur qapıçı karyerasını bitirdi
23.05.2019
Gimnastlarımız Rusiyada qızıl medal qazandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info