Daha bir velosipedçimiz “Rio-2016”ya lisenziya qazanıb
Tarix: 03.06.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın şose velosipedi üzrə yığma komandasının üzvü Yelena Pavluxina bu ilin avqustunda Rio-de-Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Yelena Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar arasında qrup yarışlarında təmsil edəcək. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, qadın velosipedçilər Yay Olimpiya Oyunları keçirilən il mayın 31-dək klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə Olimpiadaya lisenziya xalları toplayırlar. 2015 və 2016-cı illərdə Avropa və Asiyada bir sıra yarışlarda uğurla çıxış edən Yelena Pavluxina, ümumilikdə 149 lisenziya xalı toplayıb ki, bu da Rio-de-Janeyroda qrup yarışlarında mübarizə aparacaq 67 velosipedçi sırasına düşmək üçün yetərli olub. Fəaliyyətinin əsas istiqamətini idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən Yay Olimpiya Oyunlarında iştirakına yönəldən Azərbaycan Velosiped İdmanı Federasiyasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə ölkəmizdə velosiped idmanının inkişafı ilə bağlı sıx əməkdaşlığı, işlərin düzgün qurulması və ən başlıcası isə velosipedçilərimizin gərgin əməyinin nəticəsində onların Olimpiadaya qazandıqları lisenziyaların sayı 4-ə çatıb. Maksim Averin və Yelena Pavluxina Braziliyada şose velosipedinin qrup yarışlarında, Olqa İsmayılova isə trek velosipedinin sprint və keyrin növlərində ölkəmizin idman şərəfini qorumaq hüququ əldə ediblər.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ermənistan Boks Federasiyasının nümayəndəsi: Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil
25.05.2019
Messi “Qızıl buts“u qazandı
25.05.2019
Hidayət Heydərov Qran-Pri yarışında finala vəsiqə qazanıb
25.05.2019
Xarici gimnastlar Azərbaycan dilində danışdılar
25.05.2019
“Arsenal” Mxitaryanı satmağa hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info