İstehlak etdiyiniz pomidorun keyfiyyət əlamətlərinə diqqət edin
Tarix: 03.06.2016 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Mövsümü olaraq pomidor ən çox istifadə olunan tərəvəz məhsullarındandır. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. Ona görə də istehlakçılar üçün onun keyfiyyət əlamətlərini bilmək vacibdir.
Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4%-ə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza dəmir və s. vardır. Tərkibində quru maddələr, o cümlədən həll olan şəkərlər, üzvi turşular,  natrium, kalium,  kalsium,  dəmir,  fosfor kimi maddələr, bir sıra vitaminlər, karotin və s. vardır.
Pomidorun 600-ə qədər növü məlumdur ki, bunlar da formasına, rənginə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənir. Кeyfiyyətcə pomidor təzə, təmiz, bütöv, sağlam, zərərvericilərlə zədələnməmiş olmalıdır. Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Yetişmə dərəcəsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir.
Saхlanma zamanı pomidorda suyun buхarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər gedir. Bu səbəblərdən saхlanma müddətinə görə pomidor orta müddətə saхlanıla bilən tərəvəzlər qrupuna daxildir və onu 1 aydan 2-3 aya qədər saхlamaq olar. Pomidorun saxlama müddəti onun növündən, saxlama temperaturundan və şəraitindən asılıdır. Məsələn yetişmiş qırmızı pomidorlar optimal şəraitdə təxminən 30 gün müddətində saxlanıla bilər. Bu zaman onlar 0-2ºC temperaturda, 85-90% nisbi rütubətdə soyuducuda saxlanmalıdır.
Pomidorun keyfiyyətli qalması üçün onun saxlanma temperaturu xüsusi əhəmiyyət kəsb edir. Burada onun yetişmə səviyyəsi də mühüm rol oynayır. İstənilən rəngdə olan tam dəymiş pomidorları 1-2ºC, orta dəymişləri 4-6ºC, yaşıl dəymiş pomidorları isə 10-12ºC temperaturda saxlamaq məqsədəuyğundur.
Pomidorun istehlakçıya keyfiyyətli halda çatdırılmasında yeşiklərdən, səbətlərdən, konteynerlərdən və s. istifadə olunur. Qablaşdırma zamanı yeşiyin içi bükücü kağızla örtülür və oraya birqat qablaşdırma materialı döşənir. Daşınma zamanı isə məhsulun üstü mütləq örtülməlidir. Pomidor keyfiyyətini itirməmək üçün ticarət şəbəkələrinə əsasən üstübağlı maşınlarda daşınmalı və qısa müddətdə istehlak yerinə çatdırılmalıdır.
Pomidor alarkən keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirilməli, məhsulun qablaşdırılması, daşınması, saxlanılması və s. mərhələlərində müvafiq standartların və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır.
Mağazalarda qablaşdırılmış şəkildə satılan pomidorlar içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.
Pomidor alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən fizioloji xəstəliklərin əlamətlərinə və s. kimi məsələlərə diqqət edin.


Təqdim etdi: R.Babalı




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludu
06.12.2019
Təzyiqiniz səhərlər qalxırsa...
05.12.2019
Ürək xəstələri üçün təhlükəli aylar gəlir
05.12.2019
Qara turpun bilmədiyiniz faydaları
04.12.2019
Ötən il Azərbaycanda qadın cinsiyyət orqanlarının bədxassəli törəmələrindən 543 qadın ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info