“Asan İmza” Polşada keçiriləcək konfransda təqdim ediləcək
Tarix: 03.06.2016 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


İyunun 9-10-da Polşanın Şetsin şəhərində elektron etimad xidmətləri, elektron imza, açıq açar infrastrukturu və elektron identifikasiya kimi mövzulara həsr edilmiş ən böyük beynəlxalq konfranslardan biri olan Elektron İmzaya dair XVI Avropa Forumu (EFPE 2016) baş tutacaq.Builki EFPE konfransının başlıca mövzusu elektron mühitdə identifikasiya və etimad xidmətləri (eIDAS) – vahid sərhədlərarası rəqəmsal bazarın üstünlüklərinə həsr ediləcək. Tədbirin təşkilində məqsəd bütün elektron identifikasiya elementlərinin qarşılıqlı olaraq tanındığı müştərək beynəlxalq elektron mühitin formalaşdırılması və inkişaf ideyasının dəstəklənməsi, eləcə də Avropa regionunda elektron idarəetmə xidmətlərinin qarşılıqlı fəaliyyətinə zəmin yaradan zəruri şərtlərin təmin edilməsi ətrafında müzakirələrin aparılmasından ibarətdir.Konfransa dəvət edilmiş məruzəçilərin sırasında Avropa Komissiyasının, Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI), BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyasının (UNCITRAL), GSM operatorlarının beynəlxalq assosiasiyasının (GSMA), “Adobe Systems” şirkətinin və digər nüfuzlu təşkilatların nümayəndələri yer alacaq. Ümumilikdə, tədbirə elektron etimad xidmətlərindən istifadə edən dövlət qurumlarını və özəl təşkilatları, proqram və aparat həlləri təminatçılarını, eləcə də elektron imza və elektron identifikasiya ilə əlaqədar xidmətlər təqdim edən sertifikasiya mərkəzlərini təmsil edən 200-dək iştirakçının qatılacağı gözlənilir.Konfransın işində iştirak edəcək “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe məruzəsində Azərbaycanın innovativ mobil elektron imza texnologiyası olan “Asan İmza” xidmətinin nailiyyətlərini təqdim edəcək. Çıxışı zamanı o, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üçün hazırlanan elektron sənəd dövriyyəsi sistemi və “Asan İmza” xidmətinin bu sistemə inteqrasiyasına dair pilot layihə barədə də məlumat verəcək. “ISESCO BESTDOC PORTAL” adlandırılacaq portal xüsusi olaraq ISESCO üçün Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron identitetlərinin bazasında hazırlanmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyi ilə fəaliyyət göstərəcək. Həmçinin ISESCO-ya üzv olan ölkələr üçün sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq. Platformadan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş audentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq.
Xanım Krimpenin məruzəsi konfransın “Etimad xidmətləri və elektron identifikasiya – beynəlxalq təcrübə və inkişaf istiqamətləri” paneli çərçivəsində baş tutacaq. Sözügedən paneldə, həmçinin Polşa, Norveç, Finlandiya, Avstriya, Almaniya, Belçika, İngiltərə, Çin, Ukrayna və Qazaxıstan kimi ölkələrin analoji təcrübələrinə nəzər salınacaq.Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir. Xidmət təminatçıları üçün tətbiqinin asanlığı və son istifadəçi üçün əlçatanlılığının yüksək olması bir qayda olaraq beynəlxalq müstəvidə “Asan İmza” texnologiyasına yüksək maraq yaradır.“Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti digər elektron xidmət təminatçıları ilə birgə Azərbaycanı dünyada mobil imzanın istifadəsinin ən yüksək olduğu ölkəyə çevirməyi hədəfləyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info