“Avropa İttifaqı başa düşüb ki, sərhədlərinə nəzarət etmək İsveçə lazımdır”
Tarix: 03.06.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


İsveç hökuməti qonşu ölkələrlə müvəqqəti sərhəd nəzarətinin müddətini iyun 7-dən noyabrın 11-dək uzatmaq barədə qərarını açıqlayıb.Bu barədə İsveç KİV-ləri Krallığın daxili işlər naziri Anders İqemana istinadla məlumat yayıblar. Nazir bildirib ki, “hökumət sərhəd nəzarətinin müddətini noyabrın 11-dək uzatmağı qərara alıb. Asayiş və təhlükəsizlik sahəsində vəziyyətə münasibətimiz dəyişməyib. Avropa İttifaqı başa düşüb ki, sərhədlərinə nəzarət etmək İsveçə lazımdır. Odur ki, biz bir aylıq deyil, daha uzunmüddətli qərar qəbul edə bilərik”.Bu ilin əvvəlindən etibarən hər ay nəzarət müddətinin uzadılması haqqında qərarlar açıqlanıb. Avropa Komissiyası bu ilin mayında Avstriya, Almaniya, Danimarka, İsveç, habelə Şengen zonasına daxil olan, amma Aİ-nin üzvü olmayan Norveçə miqrasiya böhranı ilə əlaqədar və hökumətlərin vəziyyəti barədə hər ay məlumat təqdim edəcəkləri şərti ilə Şengen daxilində sərhədlərin ayrı-ayrı məntəqələrində müvəqqəti nəzarəti yarım il müddətinə uzatmağı tövsiyə edib. Aİ-nin tövsiyəsindən sonra Danimarka hökuməti sərhədlərində nəzarət tədbirlərinin müddətinin uzadılması barədə qərar qəbul edib. Bunu iyunun 2-də xüsusi mətbuat konfransında Krallığın inteqrasiya və immiqrasiya məsələləri üzrə naziri İnger Stöyberq bəyan edib.Xatırladaq ki, ötən il 9,8 milyon əhalisi olan İsveçə ötən il 163 mindən çox qaçqın gəlib. Adambaşına götürsək, bu, Avropa İttifaqında ən böyük göstəricidir. Qaçqınların gəldiyi əsas yol Danimarkanı İsveçlə birləşdirən körpüdür. Miqrantlar Danimarkada qalmaq istəmirlər, çünki bu ölkədə miqrasiya qanunları çox sərtləşdirilib. Amma İsveçin və Norveçin sərhəd nəzarəti tədbirləri tətbiq etmələri Danimarka hökumətini məcbur edib ki, qaçqınların öz ərazisində toplanmasına yol verməmək eyni tədbirlərə əl atsın.Son məlumatlara görə, bu tədbirlərin qüvvəyə minməsi nəticəsində qaçqın statusu almaq istəyənlərin ərizələrinin sayı xeyli azalıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info