“Xaricdəki azərbaycanlılarla maraqlanır, onların yaxşı yaşamasına çalışırıq”
Tarix: 03.06.2016 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


“Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür. Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının rəhbərləri Azərbaycanda, Vətəndədirlər. Bütün azərbaycanlıları təbrik edirəm”. 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib. Dövlət başçısı bildirib ki, qurultay dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması baxımından çox önəmlidir: “İlk qurultay Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan indiyə qədər bizim imkanlarımız artıb. Biz həmişə xaricdəki azərbaycanlılarla maraqlanır, onların yaxşı yaşamasına çalışırıq. Eyni zamanda onların Azərbaycanla daim əlaqədə olmasına səy göstəririk”. 
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından danışan prezidentİlham Əliyev bildirib ki, qurum yaradılandan sonra diaspor təşkilatlarının yaranması sürətlənib, hazırda 462 diaspor təşkilatı var: “Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatlarımız böyük yol keçib, önəmli rol oynamaqdadır. Heydər Əliyev sovet dövründə başqa respublikalarda yaşayan azərbaycanlılara xüsusi diqqət göstərirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 800 azərbaycanlı gənc imtahan vermədən Rusiya və digər sovet ölkələrinin ən qabaqcıl ali məktəblərində təhsil alırdı. Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilib. Bu gün dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, Azərbaycan reallıqları ilə dünya ictimaiyyətini geniş tanış edə bilərik. Qurultayda səslənən fikirlər imkanlarımızı daha da genişləndirəcək”. 
Dövlət başçısı dünyada yaşayan azərbaycanlıların tarixi Vətənləri ilə əlaqələrini kəsməsini istəmədiyini vurğulayıb: “Bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidir. Xaricdə 160-dan çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Xaricdə yaşayan diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır
20.03.2019
Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevə zəng edib
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info