Prezident: “Azərbaycanda sabitlik var, bunun qarantı xalqdır”
Tarix: 03.06.2016 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


“Son 20 ildə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub, biznes mühiti günü-gündən yaxşılaşır, bürokratik əngəllər aradan götürülür”. 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda şəffaflıq təmin edilir: “Mən xaricdəki iş adamlarımızı Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var, bunun qarantı Azərbaycan xalqıdır. Böyük maliyyə imkanları olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar”. 
Dövlət başçısı qeyd edib ki, xaricdə yaşayan hər bir azərbaycanlının ildə bir dəfə Azərbaycana gəlməsi lazımdır: “Azərbaycan həm vətənimizdir, həm də ölkəmizdə turizm, istirahət üçün geniş imkanlar yaradılıb. Bunun ölkə iqtisadiyyatına da xeyri olacaq. Hazırda biz turizm sektorunu inkişaf etdiririk. Vizalarla bağlı da islahatlar aparırıq, Azərbaycana gələn turistlərin sayı artır. Xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi ən azı ildə bir dəfə Azərbaycana gəlsə, yaxşı olar”. 
Xaricdə Azərbaycan səfirlikləri və konsulluqlarının sayının artdığını söyləyən prezident, Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi olmadığını vurğulayıb: “Bizim zəif yerlərimizdən biri xarici ölkələrin icra və qanunvericilik orqanlarında yaxşı təmsil olunmamağımızdır”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info