“Almaniya üzərindəki soyqırım yükünü Türkiyənin üstünə yıxmağa çalışır”
Tarix: 03.06.2016 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


“Almaniya Bundestaqı tərəfindən qəbul edilmiş qərar həqiqətən həm cahil və uğursuz, həm də hüquq əleyhinə olan qərardır. Çünki Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı verdiyi qərar var. Qərarda deyilir ki, 1915-ci il hadisələri barədə iddialar müzakirəyə açıqdır. Yəni bizim hər zaman dediyimiz məsələni deyiblər”. 
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib. Səfir vurğulayıb ki, əgər Almaniya həqiqətən beynəlxalq sülh naminə Türkiyə və Ermənistanın yaxınlaşması üçün “yaxşılıq etmək” istəyirdisə, onda ermənilərin onlara diktə etdiyi doqmatik fikirləri qəbul etməməliydi: “Türkiyəni və türk tarixini təktərəfli qaralamaq yerinə, Almaniya deməliydi ki, ey Ermənistan, ey Türkiyə, bir araya gəlin, oturun, tarixçilər danışsın, bu həqiqətləri müzakirə edin və doğru yolu tapın. Lakin Türkiyə əleyhinə bu qərarın verilməsi həqiqətən Almaniya və Bundestaq adına uğursuz bir addımdır. Həqiqətən qınanılacaq hadisədir. Hadisənin bundan sonra bizim Almaniyaya qarşı hissiyyatımıza təsir etməməsi mümkün deyil. Üstəlik, 3 milyondan çox türk əsilli alman vətəndaşı və orda yaşayan insanlar var ki, onlar da təhqir ediliblər. Bunların heç biri təsadüf deyil. Bu dediklərimi Almaniya bilir və bilərəkdən edir. Məqsədi isə Almaniyadakı türk əsilli insanlarda mənfi rəy formalaşdırılmasıdır. Bəllidir ki, bu qərar Türkiyəni, türk xarakterini, tariximizə olan bağlılığımızı nəzərə almadan qəbul edilib. Çünki bu, tam tərs nəticəyə gətirib çıxaracaq. Bizim insanların belə uğursuz qərar qarşısında məyusluq hissi keçirməsi barədə söhbət belə gedə bilməz. Əksinə, biz həqiqətləri daha möhkəm hayqırarıq”.
 
Türkiyənin Almaniya ilə NATO və Avropadakı bir çox qurumlar çərçivəsində əlaqələri olduğunu xatırladan səfir son dövrlər iki ölkənin bir çox məsələlərlə bağlı birlikdə çalışdıqlarını da diqqətə çatdırıb: “Məhz belə bir dövrdə bu qərarın qəbul  edilməsi onu göstərir ki, bunun arxasında bir çox manipulyasiyalar mövcuddur. Lakin bu da bir gerçəkdir ki, Almaniya illərdir bunun hazırlığı içində idi. Almaniya üzərindəki soyqırım yükünü başqaları ilə paylaşmağa, Türkiyənin üstünə yıxmağa çalışır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info