X.Yusifzadə: “Bu ilin iyunun 1-dək Azərbaycandan 412 milyon ton neft daşınıb“
Tarix: 03.06.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bu il iyunun 1-dək dünya bazarında Azərbaycanın payına düşən 220 mln. ton mənfəət nefti satılıb. Bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransında çıxış edərkən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, mənfəət neftinin həcmi ilbəil artır: ”Bu ilin 5 ayı ərzində AÇG-dən hasil edilmiş 13,5 mln. ton neftin 7,5  mln. tonu, yəni 56%-i Azərbaycanın mənfəət neftinin payına düşüb. Mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il iyunun 1-dək 412 mln. ton neft daşınıb. Bunun 304 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib”.
"Azəri-Çıraq-Günəşli" yataqları blokundan indiyədək 398 mln. ton neft, 121 mlrd. kubmetr qaz hasil edilib
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsinə başlanılan gündən bu günədək 398 mln. ton neft, 121 mlrd. kubmetr qaz hasil edilib. Onun sözlərinə görə, bu gün yataqlar blokunda gündəlik olaraq 90 min ton neft hasil olunur. Gündəlik qaz hasilatı isə 36 mln. kubmetr təşkil edir.
 
 Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info