“Bu il 5 min tondan artıq toxum istehsal ediləcəyi nəzərdə tutulur”
Tarix: 03.06.2016 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Belə müəssisələrdən biri də 2015-ci ildə yaradılmış “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətidir.MMC-nin direktoru Elvüsal Mahmudov bildirib ki, Füzuli rayonu ərazisində aqrotexniki qaydalara əməl olunmaqla, 10 min hektarda taxıl yetişdirilib. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan, “Bərəkətli-95”, “Krasnodar-99”, “Batko”, “Nota” sortlarına üstünlük verilib. Təsərrüfata taxılçılıq sahəsində təcrübəsi olan mütəxəssislər cəlb edilib. Becərilmə zamanı buğdanın məhsuldarlığına və keyfiyyətinə təsir edən xəstəliyə, zərərvericilərə və alaq otlarına qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri aparılıb. Biçinə qədər zəmilərdə vaxtaşırı tarla günləri keçirilib.
E.Mahmudov qeyd edib ki, iyunun 1-dən zəmilərdə taxıl biçininə başlanılıb. Biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, sahələrin kənarı şumlanıb. Biçinə kifayət qədər “New Holland”, “CLAAS” və “Sampo” markalı kombaynlar, habelə xeyli sayda nəqliyyat vasitəsi cəlb edilib.Yığılan taxıl Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində “Asadov Capital Azerbajan” MMC-yə məxsus taxıl terminalına daşınır. Taxıl burada Almaniya istehsalı, gücü sutkada 120 ton olan avadanlıqlarda təmizlənir. Müəssisədə həmçinin hər biri 2,5 min ton olan 4 taxıl bunkeri də var. Burada toxumların təmizlənməsi, dərmanlanması və paketlənməsi həyata keçiriləcək.
“Bu il 5 min tondan artıq toxum istehsal ediləcəyi nəzərdə tutulur. İstehsal edilən super elit, elit və R-1 reproduksiyalı toxumlar həm “Kraun KO-1” MMC-nin tələbatını ödəyəcək, həm də Beyləqan, Füzuli və ətraf rayonlarda taxılçılıqla məşğul olan fermerlərin toxumla təmin edilməsində mühüm rol oynayacaq”, – deyə Elvüsal Mahmudov bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info