“Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” adlı konfrans keçirilib
Tarix: 03.06.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


İyunun 3-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsini təşkilati dəstəyi ilə “Bizim Nəsil” Gənclərin regional İnkişaf Assosiasiyası tərəfindən “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzsunda konfrans keçirilib.
Tədbirdə Azərbaycanda tolerantlıq mühiti, radikal dini cərəyanların, ekstremizmin təbliğatında gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər- radikal dini qrupların təbliğatına qarşı dini icmalarla, dövlət orqanları və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi, radikallığa qarşı mübarizədə düzgün maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub.
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyevin aparıcısı olduğu konfransda AMEA Fəlsəfə İnstitutunun Multikulturalizm şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov geniş məruzə ilə çıxış edib.
Məruzədən sonra tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov mövzü ilə bağlı öz fikirlərini bildirib.
DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında dini radikalizm və onun fəsadları barədə məsələlərə toxunmuş və vətəndaşlarımızı dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pisləyərək, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında məlumat verib.
Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə öz nitqində bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətlərindən bəhs edərək, dövlətimizin bu kimi neqativ halların qarşısını almağa qadir olduğunu bildirdi. Eyni zamanda natiq dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə istiqamətində görülən işlərdən danışıb.
Daha sonra məruzə ətrafında rayon din xadimləri, ziyalıları və fəal gəncləri tərəfindən müzakirələr davam etdirilib.
Konfransda iştirak edən 140 nəfər iştirakçıya müxtəlif nəşr-paylama materialları da təqdim olundu.
Konfransın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” filminin nümayişi olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info