“Xocalıda törədilən soyqırımı nə üçün nəzərə almırlar?”
Tarix: 03.06.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


“TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır. İnşallah, 2018-ci ilin əvvəlində TANAP tamamlanacaq, Türkiyə və Avropa ölkələrinin qaz ehtiyaclarının ödənilməsində mühüm addım atılmış olacaq”.
APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib. 
Baş nazir bildirib ki, avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün açılışı olacaq: “Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edirəm. Sizin bu mərasimdə iştirakınız bizim üçün böyük şərəfdir”. 
O, həmçinin ölkəmizə səfərindən qürur duyduğunu deyib :“Ortaq tarix və mədəniyyəti paylaşdığımız Azərbaycana bu dəfə baş nazir kimi səfər etməkdən qürur duyuram”.
Türkiyənin baş naziri deyib ki, parlamentdə hökumət etimad aldıqdan sonra Şimali Kiprə, daha sonra Azərbaycana səfər edib: “Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipinə əsaslanır. Bu münasibətlər böyük inkişaf yolu keçib. Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan Prezidentin Türkiyəyə səfər etməklə Türk xalqının qəlbində taxt qurdu, böyük yer tutdu”.
B. Yıldırım bildirib ki, Bakı sürətlə inkişaf edir, mənzərəsi dəyişir: “Azərbaycanda bu inkişafı siz təmin etdiniz”.
B. Yıldırım Almaniyanın qondarma soyqırımı ilə bağlı atdığı addıma da reaksiya verib:“Tarixçilərin fərqli baxışı olduğu bir məsələ ilə bağlı Almaniya Bundestaqının qərarı böyük bir yanlışlıqdır”.
Bundestaqın qondarma “erməni soyqırımı” barədə qərarının tamamilə yanlış olduğunu vurğulayan Türkiyənin baş naziri deyib ki, qısa müddətdə bu yanlışlığın aradan qaldırılacağına ümid bəsləyirlər: “Almaniyada 3 milyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırımı törədilib, nə üçün bunu nəzərə almırlar? Almaniya tarixi xətasını, eybini adiləşdirmək üçün parlament xətti ilə belə bir qərar qəbul edib”.
B. Yıldırım Türkiyənin tarixinin şəffaf olduğunu deyib: “Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, Yaxın Şərqdə yaşanan faciələrə müşahidəçi qalmamağa dəvət edirik. Almaniya parlamentinin qərarından sonra Azərbaycana ən yüksək səviyyədə mövqeyini ortaya qoyduğu üçün təşəkkür edirəm”.
 




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info