“Artıq Ermənistanda ordu yox, sallaqxana mövcuddur”
Tarix: 04.06.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Armenian report”: “Korrupsiyaya qurşanmış erməni ordusu, demək olar ki, yoxdur”

Hələ ötən il övladlarının ölüm hadisəsi ilə bağlı parlament komitəsinin yaradılması barədə Ermənistanın dövlət rəsmilərinin verdiyi vədə əməl etmədiyinə etiraz olaraq, sıravi əsgər Armen Muradyanın valideynləri Prezident igamətgahının qarşısına gəliblər.
Bu barədə “Armenian report” bildirir. Qeyd edilir ki, qeyri-döyüş şəraitində öldürülən əsgərin valideynləri əllərində tutduqları qara rəngə boyanmış şarlarla dövlət rəsmilərini yalançılıqda ittiham ediblər: “Ermənistan səlahiyyətlilərinin verdiyi sözlər - boş sözlərdir, onlar bizim uşaqların ölümləri ilə bağlı işlərin üstünü açacaqları barədə vədlər versələr də, bu günə qədər heç bir iş görülməyib. Əlimizdə tutduğumuz qara rəng isə bizim rəngimizdir”. Armen Muradyanın atası Ovsep Muradyanın sözlərinə görə, onların keçirdikləri aksiyanın əsas məqsədi dövlət rəsmilərinin əsgər ölümlərinin araşdırılması ilə bağlı verdikləri vədlərə bu günə qədər əməl etməməsidir.
Muradyana görə, əsgər ölümlərinin araşdırılmsı barədə müvafiq təlimat prezident Serj Sərkisyan tərəfindən bildirilsə də, hələ də havadan asılı olaraq qalır.
Qarabağda baş verən aprel döyüşlərini şərh edən aksiya iştirakçıları əminliklə belə bildiriblər: “Korrupsiyaya qurşanmış erməni ordusu, artıq mövcud deyil”.
“Artıq 15-20 ildir ki, erməni ordusunda korrupsiya tüğyan edir. Aprel hadisələri isə bir daha erməni ordusunun mövcud olmadığını nümayiş etdirdi. Artıq Ermənistanda ordu yox, sallaqxana mövcuddur. Hər il erməni ordusunda 50-dən artıq ölüm hadisəsi baş verir. Lakin bu ölüm hadisələrinin heç biri açılmamış qalır”deyə Muradyan bildirib.
Əlavə şərh etməyə ehtiyac yoxdur ki, yalançılıq Ermənistan hakimiyyəti təmsilçilərinin xislətindən gəlir və bu hal, təkcə onların özgə xalqlara qarşı münasibətində deyil, həm də bir-birilərinə, öz cəmiyyətlərinə qarşı münasibətində əks olunur. Bunun bariz nümunəsini erməni prezidentin son bəyanatlarında da aydın görmək olar. Azərbaycan torpaqlarını işğala, əhalisini soyqırımına məruz qoymalarına baxmayaraq, Ermənistan hakimiyyəti, yenə də erməniləri dünyaya “fağır bir xalq” kimi sırımağa çalışır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info