“Transxəzər marşrutu Asiya ilə Avropa arasında körpü rolu oynayacaq”
Tarix: 04.06.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“2016-cı ildə Qazaxıstan ərazisi ilə Çin-Avropa-Çin istiqamətində 100 min konteyner daşınacaq. Bu, 2015-ci ilin müvafiq göstəricisindən iki dəfə çoxdur”.
“Kazakstan temir jolı” milli şirkəti səhmdar cəmiyyətinin prezidenti Askar Mamin bunu Soçidə keçirilən “Strateji tərəfdaşlıq 1520” mövzusunda XI Beynəlxalq dəmir yolu biznes-forumunda bildirib. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə “Nomad Express” konteyner servisi işə salınıb, Çindən Azərbaycana, Türkiyəyə və geriyə, habelə Ukraynadan Çinə pilot konteyner qatarları təşkil edilib. Cari, 2016-cı ildə Çin - Qazaxıstan - Azərbaycan - Gürcüstan - Türkiyə marşrutu üzrə 53-ə qədər konteyner qatarı təşkil edilməsi nəzərdə tutulur. Baltikyanı ölkələrdən Qara dəniz limanları vasitəsilə konteyner qatarlarının hərəkətinin nizamlanması, təyinat məntəqəsi Qazaxıstan, Mərkəzi Aşıya ölkələri və Çin olan “Nomad Express” konteyner servisi ilə inteqrasiya edilməsi planlaşdırılır. Qazaxıstan dəmir yollarının rəhbəri bildirib ki, Asiya ilə Avropa arasında körpü rolu oynayan Transxəzər marşrutunun potensialı 2020-ci ilə qədər 300 min ədəd iyirmi futluq konteyner ekvivalenti həcmində qiymətləndirilir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info