“Bu gün dünya azərbaycanlıları bütün dünyaya həmrəylik nümayiş etdirir”
Tarix: 04.06.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


“Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə siyasi qüvvəyə çevrilməli, aktivliyini daha da artırmalıdır. Onlar yerli kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurmalı, ictimai-siyasi həyatda daha çox fəallıq göstərməlidirlər”.
Bu fikirləri Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı, Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun prezidenti Mirkazım Seyidov deyib. “Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev belə bir fikir söyləyib ki, azərbaycanlı hər bir yerdə yaşaya bilər, ancaq o, özünün dinini, dilini və mədəniyyətini unutmamalıdır. Onun qəlbi daim Azərbaycanla döyünməlidir. Bu, əslində, dünya azərbaycanlılarını bir yerə yığmaq üçün bir çağırış idi. Bu gün ulu öndərin bu sözlərinə sədaqət nümayiş etdirilərək dünya azərbaycanlılarının qurultayları keçirilir. Bu qurultaylarla dünya azərbaycanlıları öz birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirir. Qurultayların keçirilməsi çox önəmlidir. Burada diaspor təşkilatlarının işinin təkmilləşdirilməsi, mövcud problemlərin həlli istiqamətində yeni təkliflər, ideyalar səsləndirilir”, - deyə Mirkazım Seyidov bildirib. O, IV qurultayda da yeni fikirlərin səsləndiriləcəyini, səmərəli təkliflərin irəli sürüləcəyini söyləyib. Vurğulanıb ki, dünyada qloballaşma prosesi gedir. Bu prosesdən istifadə edən bəzi qərəzli dairələr haqsızlıqlar edirlər. Xalqlar münaqişələrə cəlb olunur, ikili standartlara yol verilir, insan hüquqları pozulur. Belə bir şəraitdə ədalətsizlikləri aradan qaldırmaq üçün birlik daha da möhkəmləndirilməlidir. Diaspor təşkilatları zamanın tələbinə uyğun olaraq vahid mərkəzdən idarə edilən KİV-lərə malik olmalıdır ki, haqsızlıqlara qarşı vaxtında və mütəşəkkil şəkildə mübarizə apara bilsinlər. Bunu yaşadığımız dövr tələb edir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info