“Müzakirələrdən öncə içki içməyi qurtarın!”
Tarix: 06.03.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


ABŞ-ın “Foreign Policy” nəşri yazır ki, Amerikanın idarəetmə və islahatlar üzrə BMT-dəki nümayəndəsi Cozef Torsella öz həmkarlarını tənqid edərək, onları təşkilatın büdcə məsələləri ilə bağlı mürəkkəb və incəlik tələb edən danışıqları qabağı spirtli içkilərdən istifadə etməkdə günahlandırıb.
Bu qeyri-adi məzəmmət amerikalıların dekabrda təşkilatın büdcə məsələlərinin müzakirəsi zamanı nə qədər narazı qaldıqlarını göstərir. Bir BMT-li diplomat isə amerikalıların bu davranışını sirk tamaşası ilə müqayisə edib.
Qeyd edək ki, ABŞ dekabrda BMT əməkdaşlarına ödəmələri dondurmaq təklifini təmin etməyə cəhd edərkən məlum olmuşdu ki, danışıqların əsas iştirakçıları -77 ölkədən xüsusi nümayəndələr iclasda yoxdur. İclasda iştirak edəndə isə adətən sərxoş vəziyyətdə olurlar. Diplomatın sözlərinə görə, büdcə danışıqları zamanı nümayəndələrin otağa içkili vəziyyətdə daxil olmaları BMT-də islahatların əleyhinə yönəlmiş yanlış vərdişlərin yarandığını nümayiş etdirir.
Lakin digər nümayəndələr bu iddialara etiraz edirlər və bildirirlər ki, ətraflı müzakirələr zamanı əsas nümayəndələr sərxoş vəziyyətdə olmayıblar. Onların sözlərinə görə, içənlərin əksəriyyəti danışıqlarda iştirakdan məhrum edilmiş və müzakirələrdə iştirakı qəbul olunmamış nümayəndələrdir.
Amerikalıların sərxoşluqla bağlı şikayətləri təşkilatın 193 üzvü ilə ABŞ və onun Qərb tərəfdaşları arasında büdcə məsələləri ilə bağlı fikir ayrılıqlarının gücləndiyini əks etdirir.
İçki məsələsi diplomatları qarşı-qarşıya qoyaraq müxtəlif ölkələrin içki ənənələrinə toxunmağa vadar edib. Diplomatlardan biri deyib: “Afrikalılar da, ruslar da içki içir. Bunda təəccüblü heç nə yoxdur. Kanadalılar adətən viski, fransızlar pivə gətirirlər”.
Lakin digər diplomat rus nümayəndələrin müdafiəsinə qalxıb. O deyib ki, Moskvadan olan nümayəndələr təşkilata spirtli içki gətirsələr də, onlar bu işkilərdən bütün iclaslar və prosedurlar qurtarandan sonra istifadə edirlər.
Bu arada, Torsella ölkələri bu həftə ərzində BMT-nin büdcə müzakirələrinin aparılacağı yeni sessiyadan ötrü bütün işlərini təxirə salmağa və bu işi Pasxa həftəsinə daşımamağa çağırıb: “Ümid edirik ki, bütün işləri cümə gününə qədər qurtarmaq və bu hədəfə çatmaq olar”.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu məqsədlə iş vaxtından artıq çalışaraq bütün lazımi tədbirləri görməyə hazırdır.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info