Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin üzərinə mühüm iş düşür
Tarix: 04.06.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür. Gənclərimiz çalışmalıdırlar ki, üzərlərinə düşən bu məsul vəzifənin öhdəsindən layiqincə gəlsinlər.
Bu fikirlər dünən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində keçirilən “Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” mövzusundakı panel sessiyada səsləndirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən panel sessiyada “Gənclər Azərbaycan diasporunun fəaliyyət tarixində yeni mərhələnin aparıcı qüvvəsi kimi”, “Yeni nəsli fərqləndirən başlıca keyfiyyətlər”, “Azərbaycan diasporunun indiki nəsli ilə gənclər arasında fikir və düşüncə fərqi”, “Keçmiş nəslin təcrübəsi və yeni nəslin müasir yanaşma tərzi - ümumi harmoniyanı necə yaratmalı?” “Keçmiş təcrübənin yeni nəslə ötürülməsi üsulları hansılardır?” mövzularda diskussiyalar aparılıb. Ramin Məmmədov panel sessiyasını açaraq qeyd edib ki, Azərbaycanın diaspor hərəkatının qısa tarixinə nəzər salsaq, ulu öndər Heydər Əliyevin bu yöndə danılmaz fəaliyyətinin şahidi oluruq. Vaxtilə ulu öndərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən insanlar bu gün artıq diasporumuzun fəaliyyətində mühüm rol oynayırlar. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir, diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətdə önəmli addımlar atılır. Erməni təbliğatına qarşı gənclərin fəallığının daha da artırılmalı olduğunu vurğulayan R.Məmmədov deyib: "Gənclərimiz müasir innovativ texnologiyalardan istifadə etməklə bu mübarizədə öz sözlərini deməlidir. Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğulayıb və informasiya üstünlüyünün önəmini qeyd edib. İndi konkret addımlar atılmalı, real nəticələr əldə edilməldir". Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev çıxış edərək bildirib ki, internet bu gün gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib: “Bu vasitədən səmərəli istifadə olunarsa ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-biriləri ilə əlaqəli işləməli, həmrəylik nümayiş etdirməlidirlər”. "Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası"nın sədri, Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, hər bir zamanın dominant anları var. Regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar. Lobbiçilikdən danışan İ.Axundov deyib ki, Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb, bu tarix 20 ilə yaxın bir dövrü əhatə edir və bu gün Azərbaycan diasporu artıq əlaqəli fəaliyyət göstərir. O deyib: "Zənnimcə, müvəffəqiyyətin ən qısa yolu auditoriyalardan keçir. Misal üçün, Azərbaycan tarixi dərsi Toronto Universitetində magistrlərə təqdim olundu və onlar bu istiqamətdə araşdırmalar apardılar. Onlar Azərbaycana gəldilər, reallıqları öz gözləri ilə gördülər. Geri qayıtdıqdan sonra isə burada gördüklərini tezis formasında çap etdirdilər. Daha sonra Kanadanın böyük bir nümayəndə heyəti Azərbaycana səfər etdi, burada mühüm tədbirdə iştirak etdi. Bu, bir daha göstərdi ki, bu istiqamətdə görülən işlər öz bəhrəsini verir". Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev informasiya sahəsində hələ görüləsi çox işlərin olduğunu bildirdi. Bunu nəzərə alaraq, işimizi daha da canlandırmalıyıq. Bu gün müasir dünyada yeni innovativ texnologiyalar populyarlıq qazanır. İstifadə etdiyimiz kompyuterlər artıq daha innovativ vasitələrlə əvəzlənir. Belə bir şəraitdə məlumatları operativ ötürməyi bacarmalıyıq. Bu baxımdan texniki şərait mövcuddur, yalnız qalır onu reallıqda tətbiq etmək. Sosial şəbəkələrin imkanlarından da səmərəli istifadə olunmalıdır. Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev çıxış edərək deyib: "Prezident İlham Əliyev qurultayın açılışında üç önəmli məsələyə toxundu. Bunlar diasporun ən zəif nöqtələrini əhatə edir: mediada boşluqlar, qanunvericilik orqanlarında boşluqlar, azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə yatırması. Hər üç istiqamətdə görüləsi işlər çoxdur. Çalışmalıyıq ki, hər kəs bu istiqamətlərdə əlindən gələn köməyi əsirgəməsin". Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının fəaliyyəti barədə də məlumat verən Emin Hacıyev qurumun reallaşdırdığı tədbirlərdən, həyata keçirdiyi layihələrdən danışıb. Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışaraq sosial şəbəkələrdə-“Facebook” və “Tvitter”-də gənclərin aktiv olmasının zəruriliyini bildirib. Qeyd olunub ki, bu gün dünyada sosial şəbəkələr bir təbliğat vasitəsinə çevrilib. Azərbaycanlı gənclər də bu vasitələrdən istifadə etməklə ölkəmiz haqqında reallıqların daha geniş çatdırılmasında mühüm rol oynamalıdırlar.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info