Azərbaycan Avropa ölkələrində koordinasiya mərkəzləri yaradacaq
Tarix: 04.06.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


"Dünya Azərbaycanlılarının Bakıda keçirilən IV qurultayında Azərbaycan Prezidentinin çıxışı proqram xarakterli olub. Bütün diaspor üzvləri böyük ruh yüksəkliyi ilə cənab Prezidentin çıxışından sonra yaşadıqları ölkələrdə daha qətiyyətli fəaliyyət göstərəcəklər və Azərbaycanın haqq səsini bütün dünyaya daha yüksək səviyyədə çatdıracaqlar". Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
O bildirib ki, Prezident İlham Əliyev diaspor fəaliyyətinin bütün istiqamətləri barədə dəyərli fikirlər söyləyib: "Cənab Prezidentin tövsiyələri ilə həm diaspor təşkilatları, həm də bu işləri koordinasiya edən Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun fəaliyyətini daha da irəliyə aparacaq". N. İbrahimov qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə Avropa ölkələrində, dünyanın bir çox yerlərində müəyyən siyasi mərkəzlərin, koordinasiya mərkəzlərinin yaradılmasına nail olacaq: "Bu ideya neçə vaxtdır var. Prezidentin çıxışından ruhlanaraq Avropa ölkələrində 5-dək mərkəz yaratmaq istəyirik. Bu mərkəzlərin Brüssel, Paris, Berlin və Skandinaviya ölkələrinin birində yaradılması nəzərdə tutulur. Bunun üçün Dövlət Komitəsinə Prezidentin Ehtiyat Fondundan vəsait də ayrılıb. Prezident bəyan etdi ki, dövlət bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Qurultayda səslənən fikirləri də daha da konkretləşdirib yaxın 5 ildə daha da irəli gedəcəyik".




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info