Bakıda “Gömrük bəyannamələrinə dair TAIEX seminarı“ keçirilir
Tarix: 06.06.2016 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Avropa Komissiyasının dəstəyi ilə “Gömrük bəyannamələrinə dair TAIEX seminarı” öz işinə başlayıb.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, qurumun müxtəlif strukturlarının əməkdaşlarının iştirak etdiyi seminarın məqsədi gömrük bəyannamələrinə, xüsusilə tətbiq edilən ən son metod və texnologiyalara dair Avropa İttifaqının təcrübəsi barədə məlumat verməkdir.
Seminarda çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov göstərilən dəstəyə görə Avropa Komissiyası və ekspertlərə təşəkkürünü bildirərək son dövrlərdə Azərbaycan gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklərdən bəhs edib, xüsusilə tranzit sistemi barədə Avropa İttifaqının təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulayıb. 
Qeyd edək ki, iki gün davam edəcək seminarda Bolqarıstan, Slovakiya və İtaliyadan olan ekspertlər - Marian Çodak, Elenka Petrova, Gaetano Sassone, Viktoriya Vassileva “Beynəlxalq hüquqi çərçivə”,“Aİ Tranzit sistemi”, “Tranzit malların bəyan edilməsi”, “ Aİ gömrük idxal və ixrac prosedurları”, “Elektron bəyanetmə”,“Ümumi bəyannamə” mövzularında iştirakçıları məlumatlandıracaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info