“Formula-1” Avropa Qran-prisi yarışlarına bütün dünyada böyük maraq var”
Tarix: 06.06.2016 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


“Azərbaycanın “Formula-1” yarışına ev sahibliyi etməsi “Türk Hava Yolları” üçün gözəl imkanlar yaradır”. Bu sözləri “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.O bildirib ki, Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışlarına bütün dünyada böyük maraq var. Dünyanın hər bir nöqtəsindən insanların bu yarışı izləmək üçün Azərbaycana gəlmək istəyini nəzərə alaraq biz də öz işimizi qurmuşuq.“Yarışları izləmək istəyən insanların çoxluğunu nəzərə alaraq irihəcmli təyyarələrimizdən istifadə edəcəyik. Həmçinin bu yarışla əlaqədar “Formula-1” təşkilatçıları ilə görüşlər keçirmişik. Onların tanıtımlarını, təqdimatlarını biz agentliklərimiz vasitəsilə xarici ölkə vətəndaşlarına çatdırırıq. Düşünürük ki, bu da xarici vətəndaşların yarışlara qatılmaq istəyini artıracaq”, - deyə S.İlyas vurğulayıb.S.İlyas qeyd edib ki, Azərbaycanın bu cür mötəbər yarışlara ev sahibliyi etməsi bizim üçün də gözəl imkanlar yaradır. Azərbaycanın dünyanın diqqətində olması, insanların buraya axın etməsi bizim məsuliyyətimizi artırır və bu istiqamətdə addımlar atırıq. Fikrimcə Azərbaycanın dünyada tanıtımı üçün bu yarışlar çox əhəmiyyətlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info